Sağlamlıq
Ürək xəstəliyinə tutulmaq istəməyənlər oxusunlar!
Ürək-damar xəstəlikləri dünyada geniş yayılmış, hər il yüzlərlə insanın ölümünə səbəb olan problemlərdən biridir. Müasir həyat tərzi, fiziki fəaliyyətin azlığı, yanlış qidalanma rejimi ürək xəstəliklərinə yaxalanmaq riskini artırır. Həkimlər ürək-damar xəstəliklərindən qorunmaq üçün aşağıdakı məsləhətlərə əməl etməyi tövsiyə edirlər.
Ürək üçün ən faydalı qidalardan biri E vitamini ilə zəngin olan zeytundur. Zeytun təzyiqi, xolesterolun səviyyəsini aşağı salır, trombların əmələ gəlməsinin qarşısını alır və streesdən qoruyur.
Ən faydalı qidalardan biri də dənli bitkilərdir. Bu bitkilər insultun əlamətlərindən xilas edir, qan şəkəri ilə mübarizə aparır. Damarların öz vəzifəsini daha yaxşı yerinə yetirməsinə kömək olur. Hər gün səhər yeməyində yulaf yeyərək sağlam həyata addım ata bilərsiniz.
Ürəyin fəaliyyətini tənzimləyən digər qidalar yaşıl tərəvəzlərdir. Onlar qan təzyiqini tənzimləyir, tərkibindəki vitamin və mineral birləşmələri isə diabetdən mühafizə edir, damarların divarlarını qoruyur.
Soyanın tərkibində vitaminlər, zülal, minerallar olduğu üçün infarktdan və insultdan qoruyur. Həmçinin badam və balıq da infarktdan qoruyan qidalar sırasındadır.
Qızıl balıq, tuna, skumbriya kimi balıq növləri tərkiblərindəki Omeqa-3 sayəsində sağlamlığa faydalı olan ən önəmli qidalar siyahısında yer alırlar.
Tabloid.az
-
Nida Xəbər 15:36İlham Əliyev Şuşanın Qarabağ küçəsində həyata keçirilmiş işlərlə tanış oldu - FOTO
-
Region15:33Bələdiyyə işçiləri saxlanıldı, sədrin həbsinə order verildi
-
Sosial15:00Azərbaycanda balığa da vergi gəlir - Qiymətlər kəskin bahalaşacaq
-
Hadisə14:25İcra başçısı köməkçisini işdən çıxardı
-
MDB13:01"McDonald's" niyə Rusiya bazarına qayıtmayacaq?
-
Ekologiya12:40Şimşək çaxacaq, dolu düşəcək - HAVA PROQNOZU
-
Sosial12:10Giriş iki manat, çay 20 manat…
-
Hadisə11:40Bakıda motosikletçilər dəhşətli qəza törətdilər: Ölən var - VİDEO

























.webp)










