Sağlamlıq
Qocalmanı gecikdirən bitki
Nanənin tərkibində həzm üçün faydalı olan, həmçinin qocalma prosesini gecikdirməyə kömək edən bir çox maddələr var.
Publika.az xəbər verir ki, bu barədə rusiyalı bioloq, genetik, klinik psixoloq, funksional tibb üzrə mütəxəssis, Təhsil Tibb Universitetinin eksperti İrina Malçeva məlumat verib.
Mütəxəssis qeyd edib ki, nanə uzun istifadə müddəti olan bitkidir, həmçinin onun yağı - həzm sisteminin xəstəliklərini müalicəsində, baş ağrıları və gərginliyin aradan qaldırılmasında, həm də yoğun bağırsağın spazmının yüngülləşdirilməsində istifadə olunur.
Onun sözlərinə görə, başqa faydalı təsirləri də var. Məsələn, nanənin tərkibində orqanizmin qocalmasını gecikdirən fitonutrientlər var. Limonen maddəsi antioksidant və xərçəng əleyhinə xüsusiyyətlərə malikdir, həmçinin ürək-damar sisteminə qoruyucu təsir göstərir. Bundan əlavə, nanə pəhriz saxlayan insanların iştahını azaltmağa kömək edə bilər, xüsusən də onun dadını sevməyənlər üçün effektivdir. Bunun üçün bitkinin bir neçə yarpağını çeynəmək kifayətdir.
Aytən Məftun

-
Avropa22:12Papa əməliyyat olundu
-
İdman22:00“Sabah” “Slaviya”nı məğlub edir - CANLI/YENİLƏNİR
-
Art21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi
-
ABŞ21:12İlon Maskın sevinci cəmi 4 gün çəkdi
-
Art19:36Leyla Əliyeva “44”ün təqdimat mərasimindən paylaşım etdi - VİDEO
-
İnanc18:36“Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm” - VİDEO
-
Magazin118:24“Bu gün verilən qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz”

































