Sağlamlıq
Onları axşam yemək olmaz! - SOS
Turşu, hisə verilmiş ət, marinadlar, həmçinin fəstfud və qızardılmış ət axşam yeməyi üçün ən zərərli qidalardır.
Publika.az xəbər verir ki, bu sözləri dietoloq Nataliya Qridina "Gazeta.ru"ya müsahibəsində deyib.
"Turşular, hisə verilmiş ətlər və marinadlar orqanizmdə suyu çox saxlayır. Bu, şişkinliyə gətirib çıxarır ki, onu aradan qaldırmaq çətin olur. Həmçinin bu məhsullar mədə qişasını qıcıqlandırır", - mütəxəssis izah edib.
Qızardılmış ət və ya fəstfud isə həkimin fikrincə, gün ərzində daha yaxşı həzm olunmur. Bədən onları həzm etmək üçün böyük miqdarda resursa ehtiyac duyur, bu da axşamlar şişkinliyə, ağrıya və yuxunun pozulmasına səbəb ola bilər. Qridina axşam yeməyində ağ çörəkdən də imtina etməyi tövsiyə edib. Onun həddindən artıq istifadəsi hipertoniya və qanda insulinin artmasına gətirib çıxarır.
Dieetoloq qeyd edib ki, ideal şam yeməyi üçün qarabaşaq yarması, qəhvəyi düyü, bulqur, yağsız ət və ya balıq uyğundur. Pomidor, xiyar, kələm, brokoli və digər tərəvəzlər də faydalıdır. Bundan əlavə, o, yekunda qeyd edib ki, şam yeməyində az yağlı qatıq da dada bilərsiniz.
Aytən Məftun
-
ABŞ16:06Melaniya Trampın paltosu müzakirələrə səbəb oldu: At yorğanıdır
-
İqtisadi gündəm15:42Yaxın Şərqdə sülh ehtimalının neftə təsiri: Büdcədə 65 dollarlıq proqnoz özünü doğruldacaq?
-
Rəsmi xronika15:02İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi
-
Rəsmi xronika14:02Prezident fərman imzaladı
-
Nida Xəbər 13:46Bu saatlarda gedişhaqqı 1 qəpik olacaq
-
MDB12:30Zelenskidən Lukaşenkoya müraciət: Putini də götür bura gəl
-
Nida Təhlil 11:09Azərbaycanda 1,4 milyonluq mənimsəmə - Hərbçilər də ittiham olunur
-
Qoroskop10:20Bu gün şansı dəyişəcək 5 BÜRC - Mələk rəqəminin enerjisi aktivdir







































