Sağlamlıq
Bədəni effektiv şəkildə təmizləyir və xolesterini aşağı salır
Adi su və tərəvəzlər bədəni effektiv şəkildə təmizləyən ən ideal vasitələrdir.
Publika.az xəbər verir ki, bu sözləri məşhur diyetoloq Yelena Tixomirova "Lenta.ru"ya müsahibəsində danışıb.
"Su və tərəvəzlər detoks təsiri göstərən, ən yaxşı məhsullardır, ikinci yerdə giləmeyvə və meyvələr gəlir. Amma yadda saxlamaq lazımdır ki, giləmeyvə və meyvələrdə şəkər çoxdur, odur ki, həddi aşmayın. Bədənin vaxtında yaxşı təmizlənməsi üçün çoxlu su içmək lazımdır, çünki o, universal həlledicidir. İstehlak norması praktiki olaraq sağlam insanlar üçün 30 kq bədən çəkisi üçün təxminən bir litrdir. Xüsusən də filtrdən keçmiş su içmək məsləhətdir. İstifadədən əvvəl suyu dondurmaq və əritmək də eyni dərəcədə faydalıdır.
Bununla belə, suyun qaynadılmasına ehtiyac yoxdur. Bu, yalnız müəyyən şərtlərdə, məsələn, səyahət edərkən zəhərlənməmək üçün lazımdır. Suya laym və ya limon suyu əlavə edə bilərsiniz. Bu içki yaxşı detoks effektinə malikdir. İstənilən bitki çayları da antioksidantlarla zəngin olduğu üçün orqanizmi təmizləməyə kömək edir.
Göbələk həm də əla detoks məhsuludur, çünki onların tərkibində çoxlu miqdarda lif var. İstənilən tərəvəzin təmizləyici xüsusiyyəti var, xüsusən də göyərti, kahı yarpaqları, müxtəlif növ kələm, bolqar bibəri, balqabaq, xiyar və s. Bu məhsullardakı liflər bağırsaq hərəkətliliyini yaxşılaşdırır və bunun sayəsində normal nəcis əmələ gəlir. Bundan əlavə, lif əhəmiyyətli sorbsiya xüsusiyyətlərinə malikdir - mədə-bağırsaq traktında əmələ gələn endotoksinləri udur və onları xaric edir. Lif yağ və öd turşularını, ağır metalların duzlarını udur və xolesterini aşağı salır", - həkim izah etdi.
Aytən Məftun
-
Pul19:36İlon Maskın sərvəti kəskin artdı
-
Sosial19:00Bərdədə 18 yaşlı Pərvanənin müəmmalı ölümü - Anası 3 nəfərdən şikayətçidir
-
İdman18:24"Turan Tovuz" "Kəpəz"i məğlub etdi
-
Region17:10İrandan sərt xəbərdarlıq: "Dünyanın istənilən nöqtəsinə zərbə endirəcəyik"
-
Hadisə17:00Azadlığa çıxan sabiq icra başçısı: "Müalicəyə başlamışam" - FOTO
-
Digər16:52Məktəbdəki partlayışda ölənlərin sayı artdı - 110 yaralı var - YENİLƏNİB
-
MDB15:49"Metsamor"un istismar müddəti rəsmən uzadıldı - 160 milyon dollar xərclənəcək
-
Hadisə13:26Bakıda müəmmalı şəraitdə ölən Bərdə sakininin yaxınlarına susmaq təklif olunub






















.jpg)




.jpg)








