Sağlamlıq
Xeyirli meyvələrin qorxulu şirələri -Həkimdən xəbərdarlıq
İllərdir bilinənlərin əksinə olaraq, təbii meyvə şirələri nəinki faydalı deyil, hətta bəzən zərərlidir. 1 yaşa qədər uşaqlara vermək olmaz. Turşuluğu yüksək olduğu üçün hələ formalaşmamış mədəni zədələyə bilər.
Publika.az xəbər verir ki, bu sözləri uşaq endokrinoloqu Nabat Ağayeva-Əlibəyova deyib. Həkim bildirib ki, meyvə şirələrində olan yüksək şəkər və kalori artıq çəkiyə səbəb ola bilər.

"Uşaq şirəsini deyil, meyvənin özünü dişləyib yeməlidir. Faydalı liflər və bəzi vitaminlər meyvənin özündə olur, şirəyə keçmir. Ən yaralı yerim - kök soku boy artırmır. Çuğundur soku - qan artırmır. Alma soku - dəmir artırmır", - mütəxəssis qeyd edib.
Həkim həmçinin Amerika Pediatriya Asossiasiyasının tövsiyyə etdiyi gündəlik meyvə şirəsi miqdarından söz açıb:
1- 3 yaş 120 ml/gün., 4 - 6 yaş 180 ml/gün., 7 - 18 yaş 240 ml/gün.
"Bir daha qeyd etmək istəyirəm ki, körpələri damcı-damcı meyvə şirəsinə öyrəşdirməyə ehtiyac yoxdur. Yalnız 1 yaşdan sonra", - deyə endrokrinoloq vurğulayıb.
Aytən Məftun
-
Ekologiya07:17Bu gün yağış yağacaq - PROQNOZ
-
İdman06:46Fransa millisinin yarımmüdafiəçisi zədələndi
-
Magazin206:16Halit, Kılıç, Ersoy Ulubey bir arada - “Kurtlar Vadisi” geri döner
-
Avropa04:14Paşinyan Parisdən Antalyaya gedəcək
-
Yaxın Şərq02:12Əbu-Dabi görüşünü növbəti raundu ilə bağlı qərar verildi
-
Avropa00:45Rusiyaya casusluq edən ABŞ əsgəri bu ölkədə yaxalandı - İttiham
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz xoş xəbərlər ala bilərsiniz
-
Magazin110 Noyabr 23:12Biotin qəbul edənlərə çağırış - VİDEO


















.png)

















