Sağlamlıq
Yemək yeyə-yeyə su içmək olarmı? - Fikirlər alt-üst oldu - VİDEO
2023.03.03
Bəzi insanlar yeməklə birlikdə su içməkdən qorxurlar və hesab edirlər ki, bu, mədə turşuluğunu azaldacaq.
Publika.az xəbər verir ki, həkimlər bu fikirlərin əsassız olduğunu bildiriblər. Belə ki, “Hemotest” laboratoriyasının qastroenteroloqu Yekaterina Kaşux qeyd edib ki, yemək zamanı və yeməkdən sonra həm su, həm də qəhvə və ya çay içmək olar.
"Sağlam mədəaltı vəzi həmişə kifayət qədər həzm şirə ifraz edir. Yemək zamanı və yeməkdən sonra orta miqdarda su içmək, əksinə, daxil olan qidaların parçalanmasına və qida maddələrinin udulmasına kömək edəcək. Su həzmi yaxşılaşdırır, xüsusilə qış aylarında daha çox su içməkliyik. Qışda həm daha hərəkətsiz həyat tərzinə keçirik, həm də xəmir yeməklərinə daha çox üstünlük veririk", - ekspert NGS portalına danışıb.
Eyni zamanda, qastroenteroloq qəhvə və spirtin bədənin susuz qalmasına səbəb olduğunu vurğulayıb. Buna görə də bu içkilərin hər porsiyasi üçün eyni miqdarda qazsız su içmək tövsiyə olunur. O, həm də şəkərli içkilərdən imtina etməyə çağırıb.
Terapevt Svetlana Trunko isə vurğulayır ki, qida mədədə təxminən dörd saat həzm olunur və su demək olar ki, orada qalmır və bağırsaqlara daha çox hərəkət edir.
"Mədəyə yemək daxil olanda adi su kimi, turşuluğu azaldır, lakin buna cavab olaraq, mədənin vəzi hüceyrələri pH istədiyiniz dəyərə çatana qədər xlorid turşusu istehsal etməyə davam edir. Odur ki, yeməklərlə birlikdə su içə bilərsiniz", - terapevt qeyd edib.
Aytən Məftun
-
İdman03:19Qari Nevill emosiyalarını cilovlaya bilmədi: Canlı yayımda özünü şillələdi
-
Qoroskop00:45Günün ulduz falı: Seçim etməli olacaqsız
-
İdman23 Noyabr 22:18“Barselona” Bakıda: Hansı futbolçular gəldi? - Video/Yeniləndi
-
Ekopublika.az23 Noyabr 19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya23 Noyabr 18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı
-
İqtisadi gündəm23 Noyabr 17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika23 Noyabr 16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi
-
Nida Xəbər 23 Noyabr 15:58Baş nazir bu şəxsi sədr təyin etdi - FOTO

























.jpg)











