Sağlamlıq
Qanda hemoqlobini artıran məhsulların siyahısı
Yalnız xüsusi həblər deyil, həm də düzgün bəslənmə qanda hemoqlobin səviyyəsini normallaşdırmağa kömək edir. Dəmir və C vitamini ilə zəngin qidalar yemək vacibdir. İlk növbədə tərkibində dəmir olan qırmızı ətə, xüsusilə mal və quzu ətinə diqqət yetirməlisiniz. Gündə ən azı 100 qram yeməlisiniz.
Publika.az xəbər verir ki, bu barədə diyetoloq, fitnes üzrə məşqçi İnna Aminova Lenta.ru-ya müsahibəsində deyib.
"Qoz və toxumla dəmirlə, maqnezium və digər vacib minerallarla zəngindir. Şam, qoz, badam, günəbaxan tumu və balqabaq gündəlik qida rasionuna daxil edilə bilər. Bəzi meyvə və tərəvəzlər də hemoqlobin səviyyəsini artıra bilər. Sitrus meyvələri, çiyələk, itburnu, kivi, bolqar bibəri, həmçinin brokoli, ispanaq və çuğundur kimi məhsulları rasionunuza mütləq daxil etməlisiniz. Taxılları, xüsusən də yulaf və qarabaşaq yarmasını unutmayın.
Bununla belə yadda saxlamaq lazımdır ki, bütün qidalar məqbul miqdarda istehlak edilməlidir. Sağlamlığınızla bağlı şübhəniz varsa, həkimə müraciət etməyiniz vacibdir. Həkim lazımi analizləri aparıb müvafiq müalicəni təyin edə bilər”, - Aminova yekunda bildirib.
Aytən Məftun
-
ABŞ16:06Melaniya Trampın paltosu müzakirələrə səbəb oldu: At yorğanıdır
-
İqtisadi gündəm15:42Yaxın Şərqdə sülh ehtimalının neftə təsiri: Büdcədə 65 dollarlıq proqnoz özünü doğruldacaq?
-
Rəsmi xronika15:02İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi
-
Rəsmi xronika14:02Prezident fərman imzaladı
-
Nida Xəbər 13:46Bu saatlarda gedişhaqqı 1 qəpik olacaq
-
MDB12:30Zelenskidən Lukaşenkoya müraciət: Putini də götür bura gəl
-
Nida Təhlil 11:09Azərbaycanda 1,4 milyonluq mənimsəmə - Hərbçilər də ittiham olunur
-
Qoroskop10:20Bu gün şansı dəyişəcək 5 BÜRC - Mələk rəqəminin enerjisi aktivdir







































