Milyonlarla insan bu simptomlardan əziyyət çəkir - SOS
Bizi izləyin

Sağlamlıq

Milyonlarla insan bu simptomlardan əziyyət çəkir - SOS

Milyonlarla insan COVİD-19-dan sağaldıqdan sonra belə uzun müddət onun simptomları ilə mübarizə aparmalı olur.

Publika.az xəbər verir ki, koronavirusun təsirini öyrənmək üçün Amerikada hamilə qadınlar və uşaqlar arasında iki yeni araşdırma aparılıb.

Araşdırmanın nəticələrinə görə, hamilə ikən COVİD-19 olan hər 10 nəfərdən 1-də uzunmüddətli simptomlar özünü göstərib. Amerika Milli Sağlamlıq İnstitutlarının Bərpa Təşəbbüsünün məlumatlarına görə, hamilə olan 1503 nəfərin 9,3% -i infeksiya simptomları altı ay və ya daha çox müddətdə müşahidə edilib. Ən çox görülən simptom yüngül fiziki və ya zehni fəaliyyətdən sonra yorğunluq hissidir, bəziləri isə başgicəllənmədən şikayətlənib.

Ginekoloq Torri Metzin sözlərinə görə, ümumiyyətlə, hamilə qadınlar virusa məruz qaldıqda xəstələnməyə daha çox meyillidirlər, çünki onların immun sistemi normalda olduğu kimi güclü reaksiya vermir.

"Bu, immun sisteminin infeksiyaya təbii reaksiyası olan iltihabın daha az inkişaf etdiyini bildirə bilər. Digər tədqiqatlar da göstərib ki, COVİD-19-dan sonra uzun müddət davam edən iltihab beyin, ağciyər və böyrəklərdə zədələnmə ilə əlaqələndirilir. Uzunmüddətli COVİD-19-un qeydə alındığı hamilə qadınlarda bəzi simptomlar eyni olsa da, piylənmə problemi, həmçinin xroniki narahatlıq və ya depressiya diaqnozu qoyulan və ya xəstə olarkən oksigen dəstəyinə ehtiyacı olanlarda uzunmüddətli xəstəlik riski daha yüksək olub", - ginekoloq vurğulayıb.

Keçən həftə "Pediatriya" jurnalında dərc olunan digər məqalədə isə qeyd olunub ki, araşdırma nəticəsində 6 milyona yaxın insanın uzunmüddətli COVİD-19-a yoluxduğu aşkar edilib. Tədqiqatlar göstərir ki, uzunmüddətli xəstəliyi olan gənclərin əksəriyyəti sağalır, lakin üçdə birində ilkin infeksiyadan bir il sonra hələ də simptomlar qalmağa davam edir. Uşaqlarda uzunmüddətli COVİD-19 simptomları arasında yorğunluq, təngnəfəslik, döş qəfəsində sıxılma kimi tənəffüs problemləri və yorğunluq müşahidə olunur.

Aytən