Sağlamlıq
Daha enerjili olmaq üçün bu məhsuldan imtina edin!
Şəkərdən imtina insan orqanizminə müsbət təsir göstərir. Bu zaman insan daha enerjili olur.
Publika.az xəbər verir ki, bu barədə həkim-dietoloq Yelena Tixomirova Gazeta.ru-ya danışıb.
O bildirib ki, sadə şəkərlər orqanizmə daxil olmadıqda o, mürəkkəb karbohidratlardan enerji almağa başlayır.
"Bunun sayəsində orqanizm daha keyfiyyətli və daha uzunmüddətli "yanacaq" əldə edir, nəticədə insan özünü daha enerjili hiss etməyə başlayır. Şəkər dedikdə şirin olan hər şeyi, o cümlədən saxaroza, qlükoza, fruktoza nəzərdə tuturuq. Mürəkkəb karbohidratlara isə dənli bitkilər və onlardan hazırlanan hər şey, məsələn, un, taxıl, makaron və çörək məhsulları daxildir", - ekspert bildirib.
Tixomirova əlavə edib ki, şirniyyatdan imtina etdikdə qanda şəkərin və insulinin kəskin yüksəlməsi müşahidə olunmur, bunun sayəsində əhval-ruhiyyə və koqnitiv funksiyalar yaxşılaşır, artıq şişkinlik yox olur.
"Bütün bunlara əlavə olaraq, şəkərdən imtina kalori çatışmazlığı fonunda baş verərsə, o zaman insan arıqlamağa başlayır", - terapevt yekunda vurğulayıb.
Aytən
-
Magazin101:11Ruhəngiz Musəvi həyat yoldaşının qoyduğu qadağadan danışdı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Strateji qərarlar verə bilərsiniz
-
Cənubi Qafqaz28 İyul 23:36Ermənistanda əsgəri vəhşicəsinə döydülər: "Vəziyyəti o qədər ağır olub ki..." - FOTO
-
İdman28 İyul 23:24Uayt Makreqorla bağlı xəbəri çatdırdı - Ən azı bir il…
-
Dünya28 İyul 22:48Dünyanın ən yaxşı çimərlikləri - Ağ qum, firuzəyi rəngdə su...
-
Sosial28 İyul 22:24Tiktoker “Bəniz”in məhkəməsində gərgin anlar
-
Magazin128 İyul 22:125 milyon baxışı olan mahnını yutubdan sildirdi
-
Qoroskop28 İyul 19:36Bu bürclər birlikdə olmaq üçün yaradılıblar



































