Sağlamlıq
Alimlər kartofun inanılmaz faydalarını üzə çıxardı
Bir çoxları kartofun mənfi nəticələri ilə bağlı şayiələri rəhbər tutaraq, onu rasionlarından xaric edirlər. Onlar arasında artıq çəki, həzm problemləri və şəkər xəstəliyindən tez-tez danışılır. Bununla belə, kartofdan imtina etmək orqanizmdə vitamin və mineralların çatışmazlığına səbəb ola bilər.
Publika.az xəbər verir ki, ABŞ-ın Albert Eynşteyn Tibb Kollecinin alimləri bu nəticəyə gəliblər. Araşdırmanın nəticələri "Frontiers" jurnalında dərc olunub.
Təcrübə zamanı sağlamlıq problemi olmayan iki qrup insan eyni kalorili müxtəlif pəhriz növlərinə riayət edib. Onların bəziləri nişastalı tərəvəzlər, bəziləri isə taxıl yeyib. Sonda qan analizlərinin nəticələri göstərib ki, kartofun başqa məhsulla əvəz olunması kalium (21%), B6 (17%) və C vitaminləri (11%), həmçinin lif (10%) səviyyəsinin azalmasına səbəb olub. Odur ki, kartofdan imtinanın nəinki təsirsiz, həm də zərərli olduğu ortaya çıxıb.
Karbohidratlar həm kartofda, həm də taxılda olur, lakin onlar bir-birini əvəz etmir. Mütəxəssislərin fikrincə, qidaları “zərərli” və “sağlam”a bölmək mümkün deyil, balanslaşdırılmış və müxtəlif qidalar yemək daha vacibdir.
-
Rəsmi xronika16:44İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verdi
-
Sosial14:54Zeynəb Xanlarova əməliyyat olundu
-
Hadisə13:20Masazırda dəhşətli qəza: Ölən və xəsarət alanlar var - YENİLƏNDİ/VİDEO
-
Magazin212:36Ciqan xidmətçiləri girov götürdü, öz mühafizəçisini yaraladı
-
Rəsmi xronika12:30İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
-
Hadisə11:42Bakıda avtobus qəzaları - GÖRÜNTÜLƏR
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı







































