Sağlamlıq
Ətirli şamlar siqaretdən daha təhlükəli imiş
Alimlər evdə çox istifadə edilən ətirli şamların insan sağlamlığına təsirini araşdırıb.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, araşdırma nəticəsində şamların tərkibindəki qoxuların miqren və tənəffüs xəstəlikləri riskini artırdığı üzə çıxıb.
Elm adamları ətirli şamların siqaret tüstüsü qədər zəhərli maddə buraxdığını bildirib:
"Havalandırması zəif, bağlı pəncərələrdə və kiçik məkanlarda yandırılan şamlar havanı çirkləndirir, astma və ekzema kimi müxtəlif xəstəliklərin riskini artırır. Göz və boğaz qıcıqlanması, tənəffüs xəstəlikləri riskini artırır”.
Mütəxəssislər “hər gün şam yandırmayın və ya yandırdıqdan sonra otağı yaxşıca havalandırın" - deyə, xəbərdarlıq edib.
Ətirli şamların qoxusu təkcə havada qalmır, həm də yerə, xalçalara və ya mebelə hopur. Xüsusilə yerdə oynayan uşaqlar bu maddələrə məruz qalır.
Gülnar
-
Rəsmi xronika16:44İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verdi
-
Sosial14:54Zeynəb Xanlarova əməliyyat olundu
-
Hadisə13:20Masazırda dəhşətli qəza: Ölən və xəsarət alanlar var - YENİLƏNDİ/VİDEO
-
Magazin212:36Ciqan xidmətçiləri girov götürdü, öz mühafizəçisini yaraladı
-
Rəsmi xronika12:30İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
-
Hadisə11:42Bakıda avtobus qəzaları - GÖRÜNTÜLƏR
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı







































