Sağlamlıq
Əgər imsaqda bunları yeyirsinizsə, dərhal dayandırın
Ramazan ayında istehlak edilən qidalara diqqət etmək lazımdır. Qida qəbulu gün ərzində baş vermədiyi üçün imsaq vaxtı yediyimiz qidaların müəyyən tarazlıqda olması lazımdır.
Publika.az xəbər verir ki, bəzi qidaların qəbulu toxluq hissinin azalmasına səbəb olur və gün ərzində adi haldan daha çox aclıq hissi keçirməyə səbəb olur. Mütəxəssislərin Ramazan ayında istehlak etməyi tövsiyə etmədiyi qidaları təqdim edirik:
Mürəbbə: Səhər yeməyində olduğu kimi imsaqda da çoxlu mürəbbə yeyilir. Bunu yeyən zaman qan şəkəri qısa müddətdən sonra yenidən azalmağa başlayır. Qan şəkəri səviyyəsindəki bu balanssızlıq aclıq hissinin geri qayıtmasına səbəb olur.
Meyvə şirələri: Şirələr təzə sıxılmış olsa belə, tərkibində çox miqdarda şəkər olan qidalardır. Bu, qanda şəkər balansının pozulmasına, yəni təbii aclıq hissinə səbəb olur.
Qızartma: kartof qızartması və qızardılmış tərəvəzlər çox yağlı qidalardır. İmsaqda yağlı qidaların qəbulu gün ərzində həddindən artıq susuzluğa səbəb olur.
Ramazan pidəsi: Pidə karbohidratla zəngin qidalar arasındadır. Ramazan pidəsini sahurda yemək həm kökəlməyə səbəb olacaq, həm də gün ərzində aclıq hissi yaradacaq.
Pendir: İmsaqda istehlak edilən duzlu pendirin istifadəsi bədəndəki maye balansının dəyişməsinə səbəb olur və maye itkisini artırır.
İşlənmiş qidalar: kolbasa kimi işlənmiş qidalar yüksək yağ tərkibinə malikdir. Eyni zamanda, mütəxəssislər işlənmiş qidaların sağlam olmayan qidalar olduğu üçün istehlak edilməməsinin lazım olduğunu iddia edirlər.
Roza Şəfiyeva
-
Rəsmi xronika1 İyul 23:15Əliyev və Lyayen mətbuata bəyanatlarla çıxış etdilər - Video/Yeniləndi
-
Kriminal1 İyul 22:18İqbal Ağazadənin adından mesajlar göndərib pul istəyirlər... - Polis araşdırma aparır
-
Region1 İyul 21:13Türkiyəyə yenə PUA atıldı - Bu ölkəyə məxsusdur
-
Magazin21 İyul 20:48Xalq artisti qızına 2 gün toy edəcək
-
Magazin21 İyul 19:10Bu ölkə “Avroviziya”da ilk dəfə iştirak edəcək
-
Kriminal1 İyul 19:00Sevgilisinin yeni həyat vədinə aldanan azərbaycanlı qızın meyiti tapıldı - Foto
-
Region1 İyul 17:36Ermənistanın Türkiyə ilə sərhəd planı: Görün ilk kimlər keçəcək
-
Dünya1 İyul 15:46NATO bu ölkəni "bir nömrəli düşmən" elan etdi - Yeni strategiya işə düşür





































