Sağlamlıq
Novruz bayramından sonra hansı xəstəliklər kəskinləşir?
Bayram günlərində hər evdə masalarda məcməyi dolu şirniyyat, qoz-fındıq, müxtəlif çərəzlər qoyuldu.
Ailənin bütün üzvləri uşaqdan tutmuş yaşlıya kimi çayla paxlava, şəkərbura, qoğal yeyir, tez-tez də ağzına ləbləbi atır. Çoxları bayramdan sonra kökələcəyinin dərdini çəkir.
Publika.az xəbər verir ki, Novruz qidalarını yeməyə əks-göstərişi olan insanlar var ki, bayramdan sonra səhhətində ağırlaşmalar yarana bilər.
Medicina.az terapevt Aqşin Salmanovdan risk qrupunda olan xəstələrin siyahısını əldə edib:
"Ümumiyyətlə, Novruz bayramı azuqəsi karbohidratlı tərkibli qidalardır, onlar həzm sistemində problemi olan insanlara, şəkərl diabet xəstələrinə, qaraciyər, öd xəstəliyi olanlara mənfi təsir edə bilir. Ciddi pəhriz qaydalarına əməl etmədən Novruzda bu kimi qidalardan bol yemək gələcəkdə xəstədə letal sonluğa gətirib çıxara bilər. Diatezi olan uşaqlarla da ehtiyatlı olmaq lazımdır.
Mədə və on iki barmaq bağırsaq xorası olanlarda ürəkbulanma, qusma, ağrı kimi hallar baş verə bilir.
Qanda şəkərin artması, hiperqlikemiya isə şəkərli diabet xəstələrinin bayramdan sonra üzləşə biləcəyi problemlərdir.
Ödündə daş olan xəstələr də ehtiyatlı olmalıdır. Novruz bayramından sonra həzm sistemində olan ağırlaşmalar və diabet xəstələrində baş verən problemlərlə bağlı həmişə həkimə müraciətlərdə kəskin artım müşahidə olunur.
Xalqımızın gözəl bayramında sağlamlığınızı da düşünmək vacibdir. Bayrama görə bu tip xəstələr şirniyyatların dadına baxa bilər, amma hər gün onları qəbul etmək olmaz".
-
MDB12:00Peskovun həyat yoldaşı Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir? - Məhkəməyə üz tutdu
-
İdman11:24Dünyanın ən seksual voleybolçusu bu FOTOLARLA fanatlarını dəli etdi
-
Dünya10:54Son dəqiqə: Netanyahu Trampla görüşə bilmək üçün Qəzza ilə bağlı qərarı təsdiqlədi
-
Sosial10:44Bu şəxslərə 3 il müavinət ödəniləcək
-
Nida Xəbər 10:27TƏBİB-in icraçı direktoru bu komissiyadan çıxarıldı
-
Sosial09:40Bakıda qız-gəlinləri oynadan dondurmaçı - Rəzalət, yoxsa əyləncə?
-
Hadisə09:20Barselona metrosunda yanğın: Xəsarət alanlar var - Video
-
Dünya09:00Dünya müharibəsi başlayır? - İkinci addım da atıldı, bundan sonra...























.jpg)
.jpg)





.webp)








