Sağlamlıq
Təbii yolla arıqlamağa kömək edir: alma sirkəsinin möcüzəvi gücü
Biotibbi tədqiqat müəllimi Darşna Yaqnikin sözlərinə görə, alma sirkəsi arıqlamaq uğrunda və diabetlə mübarizədə müalicəvi təsir göstərə bilər.
Publika.az xəbər verir ki, onun sözlərindən "Daily Mail" sitat gətirib.
Yaqnik alma sirkəsinin ulduzlar arasında məşhur olan "Ozempic" dərmanının təbii əvəzedicisi olduğunu qeyd edib. İddialarını dəstəkləmək üçün o, artıq çəkili və obez insanlara səhər yeməkdən əvvəl alma sirkəsi verildiyi son araşdırmaya istinad edib. Təcrübənin nəticələri göstərib ki, sirkə qəbul edən qrup uğurla arıqlayıb. Üstəlik, gündə 15 mililitr qəbul edənlər 12 həftə ərzində 8 kiloqrama qədər arıqlayıblar.
Yaqnikin sözlərinə görə, bu effekt qanda asetatın səviyyəsini artıran, yağ turşularının parçalanmasını təşviq edən və yenilərinin udulmasının qarşısını alan sirkə turşusu sayəsində əldə edilir. Bu, öz növbəsində, yağ metabolizmasını sürətləndirir və arıqlamağa səbəb olur.
Mütəxəssis onu da bildirib ki, alma sirkəsi qəbul edən bütün tədqiqat iştirakçılarının xolesterin səviyyələrində də azalma müşahidə ediblər. Lakin Yaqnik bu içkini dərman kimi istifadə etməzdən əvvəl həkiminizlə məsləhətləşməyi məsləhət görüb.
Aytən Məftun
-
Sosial14:54Zeynəb Xanlarova əməliyyat olundu
-
Hadisə13:20Masazırda dəhşətli qəza: Ölən və xəsarət alanlar var - YENİLƏNDİ/VİDEO
-
Magazin212:36Ciqan xidmətçiləri girov götürdü, öz mühafizəçisini yaraladı
-
Rəsmi xronika12:30İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
-
Hadisə11:42Bakıda avtobus qəzaları - GÖRÜNTÜLƏR
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?







































