Sağlamlıq
Kofeinsiz və adi qəhvə - Yaddaş üçün hansı daha yaxşıdır?
Kofeinsiz qəhvə təcrübə zamanı sınaqda iştirak edənlərin yaddaşını yaxşılaşdırıb, adi kofeinli qəhvə isə belə bir effekt verməyib.
Publika.az “Nature Communications”a istinadla xəbər verir ki, bunu bağırsaq və beyin əlaqəsini öyrənən İrlandiyanın Kork Universitet Kollecindən Con Krayan və onun həmkarları aşkar ediblər.
Tədqiqatda 31 qəhvə həvəskarı iştirak edib. Əvvəlcə onların hamısı gündəlik vərdiş etdikləri üç-beş fincandan iki həftə müddətində imtina ediblər, sonra isə üç həftə ərzində gündəlik dörd porsiya həll olunan qəhvə içiblər: iştirakçıların yarısı dekaf (kofeinsiz), yarısı isə kofeinli qəhvə qəbul edib, özü də nə iştirakçılar, nə də təcrübəçilər kimə nə düşdüyünü bilməyiblər. Nəticələrə görə, yalnız kofeinsiz içki içənlərdə yaddaş testlərinin nəticələri – sözlərin yadda saxlanılması və obyektlərin yerləşdiyi yerin müəyyən edilməsinin dəqiqliyi nəzərəçarpacaq dərəcədə yaxşılaşıb.
Bununla belə, hər iki qrupda stres, depressiv və impulsivlik səviyyələri azalıb, kofefinli qəhvə isə əlavə olaraq həyəcanı azaldıb və diqqəti yaxşılaşdırıb. Ən əsası isə odur ki, qəhvə tərkibində kofefinin olub-olmamasından asılı olmayaraq, bağırsaq mikrobiotasının tərkibini dəyişdirib. Müəlliflərin fikrincə, məsələ polifenollardadır: bu maddələr faydalı bağırsaq mikrobları üçün qida rolunu oynayır, onlar isə kofefinin sinir sisteminə birbaşa təsirini yan keçməklə “bağırsaq-beyin” oxu vasitəsilə koqnitiv funksiyalara və əhval-ruhiyyəyə təsir göstərirlər.
“Qəhvə kofeindən qat-qat artıqdır. Bu, bizim bağırsaq mikroblarımız, maddələr mübadiləsi və hətta emosional vəziyyətimizlə qarşılıqlı əlaqədə olan mürrəkəb qida faktorudur”, – deyə Krayan qeyd edib.
Əgər nəticələr təsdiqini taparsa, bu, kofeinsiz “natamam” əvəzedici kimi adi baxışı dəyişə bilər: kofefinsiz içki sadəcə gümrahlaşdırıcı effektdən məhrum olmaqla qalmır, görünür, öz faydasını da daşıyır.
Bununla belə, müəlliflər ehtiyatlı olmağa çağırırlar. Tədqiqatda seçim tamamilə az olub – cəmi 31 nəfər, müşahidə isə bir neçə həftə davam edib, ona görə də dəqiq nəticələr çıxarmaq hələ tezdir: effekti daha böyük və müxtəlif qruplarda hələ təsdiqləmək və zaman baxımından daha uzun müddət izləmək lazımdır.
Hüseyn İbadlı
-
Magazin16 Oktyabr 23:24Tacir Şahmalıoğlu hansı xəstəliyə düçar olduğunu açıqladı - VİDEO
-
Sağlamlıq6 Oktyabr 22:48Kofeinsiz və adi qəhvə - Yaddaş üçün hansı daha yaxşıdır?
-
Hadisə6 Oktyabr 22:24O gəmidə yaralananlardan biri də Coşqun olub - FOTO/VİDEO
-
Magazin26 Oktyabr 22:12Keçmiş həbsxana gözətçisi gözəllik müsabiqəsinin finalına yüksəldi
-
Avropa6 Oktyabr 21:48Makron yeni ballistik raketin buraxılışını şəxsən izlədi - VİDEO
-
İdman6 Oktyabr 20:48Messidən SON MESAJ: “Əlimdən gələni edib rahatlıqla ayrılıram”
-
Sosial6 Oktyabr 20:12Sveta Əsədova vəfat etdi - FOTO
-
Nida Xəbər 6 Oktyabr 19:12Əməkdar artist oğluna gəlinsiz toy etdi - VİDEO


































.jpg)

