Sağlamlıq
Bağırsaq iltihabını azalda giləmeyvələr - Tərkibində nələr var?
Qaragilə, mərcanı və digər giləmeyvələr bağırsaq iltihabını azaltmağa və onun xroniki xəstəliklərinin gedişini yüngülləşdirməyə kömək edə bilər. Bu qənaətə giləmeyvələrin həzm sisteminin sağlamlığına təsirini araşdıran italiyalı alimlər gəliblər.
Publika.az xəbər verir ki, tədqiqatın nəticələri Nutrients jurnalında dərc olunub.
Müəlliflər 19 elmi işi təhlil ediblər. Onlardan 16-sı heyvanlar üzərində, üçü isə insanların iştirakı ilə aparılıb. Klinik tədqiqatlarda ümumilikdə 68 pasiyent iştirak edib. Alimlər xoralı kolit və Kron xəstəliyi də daxil olmaqla, iltihabi bağırsaq xəstəlikləri zamanı qaragilə, mərcanı, iri giləmeyvəli qaragilə, qoji giləmeyvələri, maki giləmeyvələri və digər giləmeyvələrin təsirini araşdırıblar.
Məlum olub ki, giləmeyvələrin tərkibindəki polifenollar və antosianlar iltihabı azalda bilər. Heyvanlar üzərində aparılan təcrübələrdə bu maddələr iltihabi reaksiyalara səbəb olan maddələrin səviyyəsini aşağı salıb, bağırsağın qoruyucu baryerini möhkəmləndirib və bağırsaq bakteriyalarının balansının bərpasına kömək edib.
İnsanların iştirakı ilə aparılan tədqiqatlarda da müsbət dəyişikliklər aşkar edilib. Xoralı kolitdən əziyyət çəkən pasiyentlərdə xəstəliyin aktivliyi azalıb, bağırsaq iltihabının göstəricisi olan kalprotektinin səviyyəsi aşağı düşüb. Bundan əlavə, alimlər həyat keyfiyyətinin yaxşılaşdığını və xəstəliyin əlamətlərinin zəiflədiyi və ya tamamilə yox olduğu remissiya dövrünün daha tez-tez baş verdiyini qeyd ediblər.
Tədqiqatçılar giləmeyvələrin mümkün faydasını onların tərkibində antioksidantların yüksək olması ilə əlaqələndirirlər. Bu maddələr hüceyrələri zədələnmədən qorumağa kömək edir və bağırsaqlarda iltihabi prosesləri zəiflədə bilər.
Hüseyn İbadlı
-
Magazin204:44Selin Dion konsert zamanı səhnədə yıxıldı
-
Sağlamlıq04:14Bağırsaq iltihabını azalda giləmeyvələr - Tərkibində nələr var?
-
İKT03:13"Windows 11" "Windows XP"dən daha bir xüsusiyyəti geri qaytarır
-
Magazin201:41Həyat yoldaşını çiyinlərinə alaraq qaçdı: “Dünyamı daşıyıram” - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Ailə məsələləri sizə əlavə xoşbəxtlik gətirəcək
-
Hadisə8 Oktyabr 23:48Minaya düşənlər şəhid Ruhin Qəhrəmanovun atası ilə qardaşıdır - FOTO
-
İKT8 Oktyabr 23:36Azərbaycanda ən populyar süni intellekt çat-botu açıqlandı
-
Avropa8 Oktyabr 22:48İordaniya şahzadəsinin zinət əşyaları görün kim oğurlayıb























.png)













