Bu yeməklər gecə yuxusunu poza bilər
Bizi izləyin

Sağlamlıq

Bu yeməklər gecə yuxusunu poza bilər

Bu yeməklər gecə yuxusunu poza bilər

Axşam saatlarında acı yeməklər yemək gecə tualetə getmək istəyini artıra və yuxu rejimini poza bilər.

Publika.az “Qazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə uroloq Mahita Bharadvac bildirib.

Onun sözlərinə görə, acı qidalar sidik kisəsinin selikli qişasını qıcıqlandıraraq, kisə tam dolu olmasa belə, tualetə getmək istəyini gücləndirə bilər. Bu isə gecə tez-tez oyanmağa səbəb olur.

Həkim gecə oyanmalarını azaltmaq üçün yatmazdan əvvəl acı yeməklərdən uzaq durmağı, yuxuya üç saat qalmış maye qəbulunu məhdudlaşdırmağı, axşam saatlarında spirtli içkilər içməməyi tövsiyə edib.

Bununla belə, gecələr tez-tez tualetə getməyin səbəbi yalnız qidalanma olmaya bilər. Sidik yollarının infeksiyaları, sidik kisəsinin həddindən artıq aktivliyi və şəkərli diabet də bu vəziyyətə səbəb ola bilər. Problem vərdişlər dəyişdirildikdən sonra da davam edərsə, səbəbi müəyyənləşdirmək üçün həkimə müraciət etmək tövsiyə olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm