Sağlamlıq
Stressi aradan qaldıran faydalı mineral
Stress, yorğunluq, əsəbilik kimi problemlərin səbəbi maqnezium əskikliyi ola bilər.
Maqnezium mineralı bədənimizin quruluşunda olan lazımlı minerallardan biri hesab olunur. Bu mineral əzələ və sinir sistemi hüceyrələrinin davamlılığını təmin edir.
Maqnezium bədənimizdə reallaşan enerji, zülal istehsalı və əzələ sıxılması kimi hər cür funksiyaları təşkil edən kimyəvi maddələrdən ibarətdir.
Maqnezium mineralı həmçinin ürək döyüntülərinin nizamlı olmasına, enerjili olmağımıza və zehni fəaliyyətə müsbət təsir göstərir. Onun sümüklərin qurluşunda xüsusi yeri var. Belə ki, maqnezium sağlam sümüklər üçün kalsium və fosfor qədər əhəmiyyətlidir.
Magneziumu paxlalılardan, yağlı toxumlardan, tam taxıl dənələrindən almaq olar. Maqnezium əskikliyi yaşamamaq üçün həftədə 1 ya da 2 porsiya lobya supu, noxud və ya mərcimək yemək məsləhət görülür. Salatlarınıza paxla əlvə edərək, bitki mənşəli zülal və lif baxımından zəngin qidalar da orqanizmi lazimi maqnezium mineral ilə təmin edir.
Bundan başqa, maqnezium qan damarlarını açır, qan laxtalanmasını və ürək çatışmazlığını aradan qaldırır. Onun spazma, astma, böyrək daşları, diabet, yüksək qan təzyiqi, miqren və təzyiqdən olan baş ağrıları, adət əvvəli gərginlik və osteoporoz daxil olmaqla bir çox narahatlıqları aradan qaldırdığı elmi təcürübələrlə sübut edilib.
Hər gün 1 ovuc fındıq, fıstıq, badam və qoz ləpəsi orqanizmi nəinki maqnezium, o cümlədən omeqa-3-lə təmin edir.
Kakao tozu, banan, avokado, günəbaxan toxumu, balqabaq toxumu, yer fındığı əzməsi, buğda, partlamış qarğıdalı, balıq və toyuq əti, pendir, yumurta, kartof və portağalda da bol miqdarda maqnezium var.
Taxıldan hazırlanan çörək də maqnezium baxımından xeyirli hesab olunur.
Fidan
-
Sosial12:30
Bakının bu qəsəbəsində hamı evini satır - 25-30 min...
-
Sosial11:35
Bakıda yanan TIR-da yatan sürücü son anda XİLAS EDİLDİ - VİDEO
-
Cənubi Qafqaz09:50
Paşinyan 1000-dən çox xüsusi təyinatlını sərhədimizə göndərdi - Nə baş verir?
-
Hadisə09:35
Tanınmış aşığın gəlini evdən qaçdı - VİDEO
-
Nida Xəbər 09:30
Ermənistan polisi Azərbaycanla sərhəddə xüsusi əməliyyat keçirir - Saxlanılanlar var
-
Hadisə09:18
Əri tərəfindən başı kəsilən Sevincin toy görüntüləri - VİDEO
-
Magazin208:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” ETİRAFI - VİDEO
-
Ekologiya08:30
Bakıda küləkli hava nə vaxtadək davam edəcək?