Səhiyyə
Total diz protezi nədir ? - Uzman doktor Şəhriyar Fətullayev AÇIQLAYIR - VİDEO
Bütün dünyada olduğu kimi ölkəmizdə də xüsusən son 15 ildə aşırı kirəclənmiş diz oynağında total diz protezi əməliyyatları tətbiq edilir. Məqsəd ağrısız, hərəkətli, stabil bir diz oynağına sahib olmaqdır.
Bu əməliyyata qədər xəstələr cərrahi olmayan müalicə metodlarından-həyat şəklini dəyişmək, fizioterpaiya,dərman müalicəsi kimi metodlardan istifadə edir. Keçməyən ağrılar daha da şiddətlənirsə və artıq gündəlik həyatda hərəkət məhdudluğuna səbəb olursa bu zaman total diz protezi əməliyyatına ehtiyac yaranır.
Bu dəfə biz Baku Medikal Plaza Klinikasının OTİM (Ortopediya və Travmatologiya, İdman Cərrahiyyəsi və Fizioterapiya Mərkəzi) bölümündən Uzman Dr. Şəhriyar B.Fətullayev ilə Diz Protezi əməliyyatları haqqında danışdıq.
- Diz protezi əməliyyatı nədir ?
- Diz protezi əməliyyatı iki şəkildə aparılır.Oynaq səthlərinin tamamilə çıxarılaraq dəyişdirilməsi proseduruna total diz protezi və kiçik kəsiklər aparılaraq oynaq qığırdaqlarınının hissəvi dəyişdirilməsi isə parsiyal diz protezi əməliyyatı deyilir.Hər iki metod bu gün modern tibbdə tətbiq edilir. Nəticələri mükəmməldir. Xəstə məmnuniyyət göstəriciləri yüksəkdir.
- Diz protezi əməliyyatına nə vaxt ehtiyac yaranır ?
- Əməliyyatın başlıca göstərişi ağrıdır. Bu ağrının səbəbi çox ciddi şəkildə araşdırılmalıdır. Ağrı həm iltihabi (revmatoid artrit-lupus artriti və s.) həm də iltihabi olmayan səbəblərdən(osteoartroz) meydana gələ bilər. Əgər ağrı səbəbi revmatik-iltihabi xəstəliklərlə əlaqəli isə bu zaman müalicə revmatoloqlarla birlikdə aparılır və müalicədə antirevmatizmal dərmanlar da tətbiq edilir.
Osteoartrozla əlaqədar aparılan əməliyyatlar xəstənin həyat keyfiyyətini artırmaq məqsədilə tətbiq edilir. Total diz protezi elektiv bir əməliyyatdır. Təcili deyil.Cərrahiyyənin zamanlanması qərarı isə xəstə və həkim tərəfindən birlikdə verilir.
- Əməliyyatın nəticələri necədir ?
- Düzgün seçilmiş xəstə qrupunda 10 illik müşahidələrdə 95 % fayda əldə edilmişdir.Xəstələr dəsdəksiz yeriyə bilir,pilləkan enib-çixa bilir və xüsusən yuxudan oyandıran ağrılardan azad olurlar.Faydalılığa təsir edən digər bir məsələ isə istifadə edilən implantın keyfiyyəti və edəcək cərrahın təcrübəsi də əsas faktorlardan hesab olunur.
✔ Sağlamlıq üçün Hərəkətə Keçməyin vaxtıdır!
Mərkəz Filialı:
Nəsimi r., M.Rəfilli və R.Behbudov küç-nin kəsişdiyi 389 №
məhəllə
+99455 455-86-08 / +99450 995-99-66
Babək Filialı:
Xətai r-nu, Babək pr-ti 92N
+99451 550-06-01
012 909; 012 404 41 90
Rəsmi Facebook səhifəmiz: https://www.facebook.com/bmpotim/
-
Magazin202:12
“Miss Russia 2024” müsabiqəsinin qalibi bəlli oldu
-
İKT01:21
"YouTube"a yeni RƏQİB GƏLİR: müsabiqə elan edildi
-
Region00:30
Türkiyədə silahlı qadın doğum evinin həkimlərini GİROV GÖTÜRDÜ
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə mövzular gündəmə gələ bilər ki...
-
Hadisə00:00
Xoşqədəm baldızı tərəfindən döyülən qadının VİDEOSUNU YAYDI
-
Əmlak5 Oktyabr 23:36
Bakıda bu evlər sökülür: pul veriləcək - FOTO
-
Hadisə5 Oktyabr 23:24
Hacıqabulda AĞIR QƏZA: bir ailənin üç üzvü...
-
Magazin25 Oktyabr 21:48
Məşhur müğənni 35 yaşına çatmadan HƏYATLA VİDALAŞDI - FOTO