Səhiyyə
Yerimə qabiliyyətini itirdi, ayaqlarının amputasiyası diaqnozu qoyuldu, AMMA... - Azərbaycanda
Uzun zamandır ayağındakı yaralardan əziyyət çəkən, hətta hər iki ayağının amputasiyası diaqnozu qoyulan xəstə tam sağalıb.
Publika.az xəbər verir ki, müalicə prosesinə rəhbərlik edən revmatologiya mütəxəssisi Nərgiz Hüseynova 37 yaşlı Ramil Səfərovun uzun zamandır ayaqlarındakı yaralardan əziyyət çəkdiyini, hətta yerimə qabiliyyətini itirdiyini bildirib:
“Müraciət etdiyi xarici və bir çox yerli mütəxəssislər hər iki ayağının amputasiyasını məsləhət görüblər. Lakin xəstənin inadkar araşdırmalarından sonra ona çox nadir görülən diaqnoz qoyularaq dərhal xüsusi rejimdə müalicə başlanılıb. Müalicə uğurla tamamlandıqdan sonra xəstənin ayağındakı yaralar nəinki sağalıb, hətta xəstə sərbəst, dəstəksiz yerimə qabiliyyətini bərpa edib”.
Həkim bildirib ki, xəstənin bədənində iki nadir xəstəlik eyni anda inkişaf edib:
“Xəstə biziə son ümid yeri olaraq baş vurmuşdu. Bizdən öncə müraciət etdiyi bütün xəstəxanalarda hər iki ayağın amputasiyası tövsiyə olunmuşdu. Amma dərin araşdırmalardan sonra xəstədə tibbdə olduqca nadir rastlanan iki xəstəliyin müştərək seyr göstərməsini aşkar etdik – “antifosfolipid sindrom” və “orta damar vaskuliti” . Bundan sonra xəstəyə mərkəzimizdə intensiv müalicə başladıq. Nəticədə 1 ay sonra artıq xəstə yeriməyə başladı. Bu xəstəliklər əlillik dərəcəsi yüksək olan xəstəliklər kateqoriyasına aiddirlər. Uzun illərdir bu xəstələr öz şəfalarını xarici ölkələrə üz tutaraq axtarırdılar artıq tam əminliklə deyə bilərəm ki, artq ölkəmizdə bu xəstəliklər geniş araşdırılaraq müalicə tədbirləri görülür”.
Xatırladaq ki, Nərgiz Hüseynova respublikamızda sistem xəstəliklər və revmatologiya üzrə xaricdə təhsil almış yeganə mütəxəssisdir.
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı



































.jpg)

.jpg)
