Səhiyyə
Mədəmizi Yeni ilə necə hazırlayaq? - Şərabı su ilə əvəz edin
Rusiyalı dietoloqlar Yeni il süfrəsində yeyilə biləcək təamlar barədə açıqlama verib.
Publika.az xəbər verir ki, mütəxəssislər bəzi ən sevdiyimiz yeməklərin reseptlərini dəyişdirməyi, yeni menyu düşünməyi tövsiyə ediblər.
Dietoloq Marqarita Korolyova masaya veriləcək yeməkləri əvvəlcədən sınaqdan keçirməyi məsləhət görür. Onun sözlərinə görə, bayram yeməyi yağlı ola bilər. Bir şərtlə ki, orqanizm ona əvvəlcədən hazırlaşsın: "Gecə saatlarında yağlı ətlər yeməyin. Əvəzinə balıq və toyuq əti istifadə edin".
Sergey Oblojko isə bayram günlərində "Aralıq dənizi pəhrizi"nə riayət etməyi tövsiyə edir: "Həmin pəhriz qoz-fındıq, balıq, çox miqdarda göyərti, meyvə-tərəvəz, zeytun yağı, qatıq və dəniz məhsullarını ehtiva edir. Salatların hazırlanmasında rafinə edilməmiş yağ və limon suyundan istifadə edin".
Dietoloqlar şərabı su ilə əvəz etməyi məsləhət görür. Belə ki, su, detoks rolunu oynayaraq metobolizmanı gücləndirir.
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır






































