Səhiyyə
Tibbi sığorta başlandı: SON VƏZİYYƏT
İcbari tibbi sığorta sisteminin tətbiq olunduğu ərazilərdə hər bir ailə həkiminə 1800-2500 şəxs, ailə pediatrı həkimlərinə 800-ə yaxın uşaq təhkim olunacaq.
Publika.az xəbər verir ki, bunu "KİV nümayəndələrinin icbari tibbi sığorta sahəsində məlumatlılığının artırılması" mövzusunda keçirilən təlimdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi iddialar departamentinin rəhbəri Vüqar Qurbanov deyib.
V.Qurbanov artıq 1 aya yaxındır ki, şimal bölgəsində icbari tibbi sığorta sisteminin tətbiq edildiyini vurğulayıb:
"Yanvarın 1-dən şimal rayonlarında əhali icbari tibbi sığorta sistemindən faydalanmağa başlayıb. Nəticələr qənaətbəxşdir. Bu bölgədə tibb müəssisələrinə edilən müraciətlərin sayı dəfələrlə artıb. Artıq bahalı əməliyyatlar üzrə 700-ə yaxın müraciət edilib".
Əsas məqsədlərdən birinin əhalinin səhiyyə xərcləri ilə maliyyə yükünü azaltmaq olduğunu deyən V.Qurbanov aprelin 1-dən icbari tibbi sığorta haqqının toplanılmasına başlanılacağını deyib.
Departament rəhbəri qeyd edib ki, iki və daha çox yerdə işləyən, iki və daha çox mənbədən gəlir əldə edən şəxslər hər bir gəlir və iş yeri üzrə icbari tibbi sığorta haqqı ödəməlidir. Vətəndaş tibbi xidmətə üz tutduqda, ilk müraciət edəcəyi ailə həkimi, ilkin səhiyyə müəssisələri olmalıdır.
V.Qurbanov bildirib ki, vətəndaş xəstəxanaya gəldikdə mütləq şəkildə şəxsiyyət vəsiqəsini təqdim edərək qeydiyyatdan keçməlidir: "Vətəndaş xəstəxanaya müraciət edərək "mənim burada yatmağıma icazə verin" deyə bilməz. Buna ixtisaslı həkimlər qərar verməlidirlər".
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı

























.jpg)













