Səhiyyə
"İzolyasiya tədbirlərinin tətbiqi ölkədə..." - Baş epidemioloq
Azərbaycanda koronavirusa görə bəzi sosial izolyasiya tədbirlərinin tətbiq edilməsi barədə qərarın verilməsi çox düzgün addımdır.
Bunu Trend-ə Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev deyib.
Onun sözlərinə görə, Azərbaycan vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi dövlət üçün ən vacib və prioritet məsələdir:
"Hazırda Azərbaycan hökuməti ÜST-ün tövsiyyələrini və beynəlxalq təcrübəni nəzərə alaraq, əhalinin sağlamlığının etibarlı qorunması və virusun yayılmasının qarşısının alınması üçün həyata keçirilən tədbirlərin əhatə dairəsini daha da genişləndirib. Vaxtında verilmiş bu qərarın icrası ölkədə epidemioloji vəziyyətin gərginləşməməsinə, xəstəliyin insanlar arasında yayılmamasına imkan verəcək. Bu qərarın icrası vətəndaşların layiqli həyat şəraitinin, onların təhlükəsizliyinin təmin edilməsinə və hazırkı qlobal problemin təsirindən müdafiəsinə yönəlib".
İ.Ağayev əlavə edib ki, koronavirus infeksiyasının (COVID-19) dünya ölkələrində geniş yayıldığı, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qlobal pandemiya elan etidiyi şəraitdə belə bir tədbirin həyata keçirilməsi olduqca vacib idi.
Baş epidemioloq tətbiq olunan qaydaların təkcə dövlət orqanlarının deyil, ümumilikdə bütün cəmiyyətin, fərdi qaydada hər bir vətəndaşın üzərinə müvafiq məsuliyyət qoyduğunu da nəzərə çatdırıb.
O hesab edir ki, tətbiq olunan qaydalar milli təhlükəsizlik və milli həmrəylik məsələsi olduğu üçün tutduğu mövqedən, baxışlarından asılı olmayaraq, hər bir vətəndaş qaydaların icrasında maksimal şəkildə diqqətli və məsuliyyətli olmalıdır.
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı



































.jpg)

.jpg)
