Azərbaycan Rusiya ilə razılaşdı, bu gün... - Hikmət Hacıyev
Bizi izləyin

Səhiyyə

Azərbaycan Rusiya ilə razılaşdı, bu gün... - Hikmət Hacıyev

Azərbaycan Rusiya ilə razılaşdı, bu gün... - Hikmət Hacıyev

Artıq Bakı-istanbul-Bakı reysi üzrə çarter reysləri təşkil olunur. Bu reyslərdə test verən vətəndaşlar neqativ nəticə ilə səyahət edir və karantində saxlanılmırlar.

Publika.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Operativ Qərargahın bugünkü brifinqində deyib.

O bildirib ki, bu qəbildən olan sərnişinlər gəldikləri zaman onlara 2 həftə evdən çıxmamaq tapşırığı olunur: "Onlara SMS icazə verilmir".

H.Hacıyevin sözlərinə görə, bu gün Azərbaycan və Rusiya arasında əməkdaşlıq və qarşılıqlı anlaşma nəticəsində 250 vətəndaş quru sərhədi ilə ölkəyə gətirilib.

Prezidentin köməkçisi əlavə edib ki, ÜST ilə Azərbaycan arasında əməkdaşlığın tərkib hissəsi kimi "REACT-19" layihəsi həyata keçirildi: "Yerli həkimlərimiz ölkəmizə gəldilər və öz təcrübələrini bizimlə bölüşdülər".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm