Səhiyyə
TƏBİB iclas keçirdi: Ölkədəki durum müzakirə edildi - FOTO
Avqustun 27-də TƏBİB-in İdarə Heyəti yanında “Covid-19 virus infeksiyası ilə bağlı preventiv tədbirlərin və yeniliklərin öyrənilməsi ilə bağlı Tibbi-Elmi Komitə”nin növbəti iclası keçirilib.
TƏBİB-dən Publika.az-a verilən məlumata görə, onlayn formatda keçirilən iclasda TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı, TƏBİB-in Tibbi xidmətlər departamentinin müdiri Firəngiz Əliyeva, Komitənin sədri, ATU-nun Tibbi mikrobiologiya və immunologiya kafedrasının professoru, t.e.d. Akif Qurbanov və üzvlər iştirak edib. İclasda koronavirus pandemiyası ilə bağlı ölkəmizdəki vəziyyət, “COVID-19 virusuna qarşı endogen müdafiə resurslarına əsaslanan müalicə üsulunun işlənilməsi” adlı qrant layihəsi, COVID-19 pnevmoniyasının patogenetik müalicəsinə yeni yanaşmalar, COVID-19 pnevmoniyasının müalicəsində asetilsisteinin tətbiqi və s. mövzularda müzakirələr aparılıb.
Sonda, Azərbaycanda COVID-19 vaksininin tətbiqi strategiyası haqqında Tibbi-Elmi Komitənin təklifləri dinlənilib.
Qeyd edək ki, Komitə TƏBİB-in İdarə Heyəti sədrinin müvafiq əmri ilə COVID-19 virus infeksiyası ilə bağlı preventiv tədbirlərin və yeniliklərin öyrənilməsi məqsədilə yaradılıb. Komitənin üzvləri aşağıdakılardır:
• Həqiqət Qədirova - Elmi Tədqiqat Agciyər Xəstəliklər İnstitutunun direktoru, Tibb Elmləri Doktoru, Professor
• Azər Kərimov - Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Elmi işlər üzrə direktor müavini, Tibb Elmləri Doktoru, Professor
• Nailə Rəhimova - K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun Elmi işlər üzrə direktor müavini, Tibb Elmləri Doktoru
• Yavər Şıxəliyev - 1 saylı Vərəm Dispanserinin baş həkimi, Tibb Elmləri Doktoru, Professor
• Emil İskəndərov - M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin baş elmi işçisi, Tibb Elmləri Doktoru
• Arif Mehdiyev - AMEA-nın akademik A.Qarayev adına Fizologiya institutunun AMEA-nın akademik A.Qarayev adına Fizologiya institutunun "İnteqrativ fəaliyyətinin molekulyar əsasları"laboratoriyasının rəhbəri, Biologiya Elmləri Doktoru
• Yaqut Qarayeva - "Tibbi Ərəzi Bölmələrini İdarəetmə Birliyi"nin Tibbi statistika və etika şöbəsinin müdiri, Tibb üzrə Fəlsəfə Doktoru
• Təranə Cavadova - Elmi Tədqiqat Kardiologiya İnstitutunun elmi katibi, Tibb üzrə Fəlsəfə Doktoru
• Aynurə İsmayılova - Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun elmi katibi, Tibb üzrə Fəlsəfə Doktoru
• Səadət Hüseynova - Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun Elmi işlər üzrə direktor müavini (kiçik elmi işçi), Tibb üzrə Fəlsəfə Doktoru
• Lalə Rüstəmova - V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun Virusologiya laboratoriyasının müdiri, Tibb üzrə Fəlsəfə Doktoru, dosent
• Valeh Hüseynov - Milli Hematologiya və Transfuziologiya Mərkəzinin icraçı direktoru, Tibb üzrə Fəlsəfə Doktoru
• Qumral Ələkbərova - Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Transfuziologiya üzrə direktor müavini, Tibb üzrə Fəlsəfə Doktoru
• Fərrux Sədirov – TƏBİB-in cənub bölgəsinin koordinatoru, Həkim infeksionist
• Vasif Əliyev - Müstəqil Ekspert, İnfeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri, Həkim infeksionist
-
Magazin219:00Məşhur aktyorun 13 yaşlı qızı niyə ölüb?
-
İdman18:25Baş məşqçidən Ronaldoya sülh təklifi - Neytral ərazidə...
-
Ekologiya17:13Bu ərazilərə qar yağır - Faktiki hava
-
İdman16:21“Fənərbağça”nın baş məşqçisi: "Qarabağ” komandasını izləyirəm
-
Hadisə16:12DİN əməliyyatlar keçirdi, saxlanılanlar arasında İran vətəndaşı da var
-
Avropa15:35Fransada dəhşət: Yeniyetmələr məktəbi yandırdılar
-
MDB14:30Rusiya: 1 günə 70 bina ələ keçirmişik
-
MDB13:50Rusiya Xarkovda daha bir kəndi zəbt etdi













.jpg)






















.jpg)