Səhiyyə
Azərbaycanda koronavirusa yoluxmuş 2 qadın tutuldu - BU SƏBƏBDƏN
Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “COVİD-19” virusuna yoluxmuş 1 nəfərin yaşayış yerini tərk etdiyi müəyyən edilib.
Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, noyabrın 16-da Quba şəhəri ərazisində qurulmuş karantin postunda koronavirus infeksiyasına yoluxmuş və yaşadığı evi tərk etmiş Xaçmaz rayon sakini Z.Kərimova saxlanılıb. Müəyyən edilib ki, Z.Kərimovanın koronavirus testinin nəticəsi pozitiv çıxdığına görə ona ev şəraitində müalicə təyin olunub, yaşayış yerini tərk etməməsi, qaydalara riayət etməsi tapşırılıb. Lakin o, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib və digər insanlar üçün real təhlükə yaradıb.
Polis əməkdaşları tərəfindən əraziyə həkim briqadası dəvət edilib və qadın Təcili Tibbi Yardım avtomobili ilə yaşadığı ünvana yerləşdirilib.
Oxşar hadisə Samuxda da baş verib. Belə ki, noyabrın 16-da Samux rayonunun Sərkar kənd sakini, koronavirus infeksiyasına yoluxmuş və yaşadığı evi tərk etmiş S.İsgəndərova polis əməkdaşları tərəfindən saxlanılıb. Müəyyən edilmişdir ki, S.İsgəndərovanın koronavirus testinin nəticəsi pozitiv çıxdığına görə ona ev şəraitində müalicə təyin olunub, yaşayış yerini tərk etməməsi, qaydalara riayət etməsi tapşırılıb. Lakin o, qaydaları pozaraq yaşadığı ünvanı tərk edibş və digər insanlar üçün real təhlükə yaradıb.
Həmin qadın da Təcili Tibbi Yardım avtomobili ilə yaşadığı ünvana yerləşdirilib.
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı



































.jpg)

.jpg)
