Səhiyyə
Azərbaycanda 18 yaşdan yuxarı şəxslərin 25 faizi... - AÇIQLAMA
Bir il yarımdır ki, dünyada yeni növ koronavirus (COVID-19) pandemiyası davam edir. İnsanlar pandemiyadan və onun qaydalarından yorulublar. Koronavirusdan qorunmaq üçün profilaktik tədbirlərdən olan maskanı da uzun müddət taxmaq asan deyil. Ona görə də insanlara açıq havada maska taxmamaq icazəsi verildiyi zaman onlar hər şeyin geridə qaldığını və maskaya tamamilə gərək olmadığını düşünə bilərlər. Lakin bu, belə deyil.
Publika.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.
“Azərbaycanda koronavirus əleyhinə peyvənd olunanların sayı kifayət qədərdir. 18 yaşdan yuxarı əhalinin 25 faizə qədəri vaksinin hər iki dozasını qəbul edib. 3 milyondan çox insan isə bir doza vaksin vurdurub. Bu, çox önəmli bir nailiyyətdir. Hər gün vaksinasiyadan keçənlərin sayı 60-80 min arasında dəyişir. Lakin bilməliyik ki, peyvəndlər bizi COVID-19-u ağır keçirməkdən, xəstəxanaya yatmaqdan və ölümdən qoruyur. Koronavirusa yoluxsaq və xəstələnsək, onu başqalarına yoluxdurmaq riskimiz hələ də qalır. Məlumdur ki, peyvəndlər yoluxmadan 100 faiz qorumur. Odur ki, vaksinasiyadan sonra COVID-19-a yoluxsaq, bunu ya çox yüngül əlamətlərlə, ya da asimptomatik keçirə və ətrafdakılara yoluxdura bilərik. Bu səbəbdən peyvənd olunsaq belə maska taxmalıyıq. Xüsusilə də qapalı məkanlarda və kütləvi toplanma yerlərində maska taxmaq məcburiyyətindəyik”, - deyə H.Harmancı qeyd edib.
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika23 Oktyabr 15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı














.webp)























