Səhiyyə
Vatsapınıza bu mesaj gələrsə... - Nazirlikdən əhaliyə MÜHÜM XƏBƏRDARLIQ
Son günlər Səhiyyə Nazirliyi adından çıxış edən kiberdələduzlar tərəfindən istifadəçilərə Vatsap üzərindən spam mesajlar göndərilir.
Bu barədə Publika.az-a nazirlikdən bildirilib.
“Mesaj göndərən şəxs Səhiyyə Nazirliyi Depo Departamentinin insan resursları şöbəsinin baş koordinatoru Emil Hüseynov olduğunu iddia edir. Həmin şəxs vətəndaşların müxtəlif vakansiyalar üzrə müraciətlərinin müsbət dəyərləndirildiyini iddia edir və bunun təsdiqi üçün onlardan 58 manat ödəniş etməsini tələb edir.
Bildiririk ki, Səhiyyə Nazirliyində bu adda şöbə fəaliyyət göstərmir və göndərilən mesajlar həqiqəti əks etdirmir.
Vətəndaşlardan xahiş olunur ki, tanımadığı şəxslərdən gələn bu cür mesajlara inanmasınlar və heç bir halda ödəniş etməsinlər”, - nazirlikdən qeyd olunub.

-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya24 Oktyabr 22:12Kim Çen In ən böyük hədəfini açıqladı














.png)





















