Səhiyyə
Bütün vaksinlər “Omikron” ştamına qarşı effektivdir - ÜST
Hazırda mövcud olan bütün vaksinlər “Omikron” ştamına qarşı işə yarayır.
Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi və ofis rəhbəri Hande Harmancı deyib.
O qeyd edib ki Azərbaycanda hələlik “Omikron” ştamına rast gəlinməyib.
“Amma bu sözügedən ştamın Azərbayanda aşkarlanmayacağı mənasına da gəlmir. Koronavirusun mutasiyaları dünyada yayılır və virusun olduğu hər yerdə ştamlara rast gələcəyik. Lakin narahat olmağa gərək yoxdur. Hazırda mövcud olan bütün vaksinlər “Omikron” ştamına qarşı işə yarayır”, - deyə o vurğulayıb
Qeyd edək ki, koronavirusun ilk dəfə Afrikanın cənubunda aşkarlanan B.1.1.529 ştamına "omikron" adı verilib. Bildirilib ki, sözügedən ştamda çox sayda mutasiyalar mövcuddur və digər ştammlardan daha yoluxucu olması ilə bağlı şübhələr var.
ÜST yeni "omikron" ştamının dünyanın 57 ölkəsində aşkar edildiyini bildirib.
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika23 Oktyabr 15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı














.webp)























