Səhiyyə
Orucluq bitir - Bayram günləri necə qidalanaq?
Ramazan ayı ərzində aclığa alışmış orqanizim bayram günlərində yülkənməyə başlayır. Həmin vaxt müəyyən qidalanma intizamına alışmış bağırsaq və mədə sistemi yorulur. Xüsusilə hipertoniya, şəkər xəstəliyi və piylənmə kimi sağlamlıq problemi olan insanlar üçün bu təhlükə yaradır.
Bəs bayramı sağlam keçirmək üçün nələrə diqqət etməliyik?
Publika.az xəbər verir ki, türkiyəli dietoloq, düzgün qidalanma üzrə mütəxəsis Deniz Geçkil bu barədə maraqlı açıqlama verib. O, qidalanmada ən vacib məqamın səhər yeməyi olduğunu qeyd edib.
"Orucluq ayı sona yetir, bayram günlərində daha çox qida qəbul etməyinizi nəzərə alaraq, günü yüngül səhər yeməyi ilə qidalanmaq məsləhətdir.
Yumurta, pendir, zeytun, pomidor, salatlar, göyərti və dənli çörəklərdən ibarət səhər yeməyi günə daha yaxşı başlamağınıza kömək edəcək. "
Ramazan ayında su sərfiyyatının azalması nəticəsində yaranan maye itkisini aradan qaldırmaq üçün gündə ən azı 2-2,5 litr su içilməlidir. Çay və qəhvə yerinə bitki mənşəli çaylara üstünlük verilməlidir.
Şokolad, şəkər və şirniyyat qəbul etmək əvəzinə sadə dondurmalar, südlü şirniyyatlar, təzə və ya az miqdarda quru meyvələri qəbul edə bilərsiz.
Bayram günləri qızardılmış, çox duzlu və ağır yeməklərdən uzaq durmağınızda fayda var. Müxtəlif cür qidalardan istifadə etməyə üstünlük verin. Ən əsası isə gün ərzində az və tez-tez qıdalanmağ daha məqsədəuyğundur.
-
Sosial02:23Azərbaycanın keçmiş səfiri vəfat etdi
-
İdman01:11DÇ-2026-nın açılış oyununda CAR məğlub oldu - YENİLƏNDİ
-
Sosial00:30Bakının 3 rayonunda qaz kəsiləcək
-
Qoroskop00:15Günün ULDUZ FALI - O sizi doğru yerə aparacaq
-
Magazin111 İyun 23:48Renkanın halı pisləşdi: “Ölürdüm, danışa bilmirdim”
-
Avto11 İyun 23:00Sürücülük vəsiqələri müddətsiz verilə bilər? - VİDEO
-
ABŞ11 İyun 22:36Pentaqonda xaos - Təxliyə və karantin səbəbi açıqlandı
-
Magazin111 İyun 22:24Gülay canlı efirdə ağladı - VİDEO
















.jpg)















