Səhiyyə
Qulaqcıqlarla bağlı CİDDİ XƏBƏRDARLIQ - Geri dönməz dəyişikliklərə səbəb olur
Melburn Neyroelm İnstitutunun və Stenford Universitetinin alimləri müəyyən ediblər ki, gündə dörd saatdan çox qulaqcıqdan müntəzəm istifadə beyin fəaliyyətində geri dönməz dəyişikliklərə gətirib çıxarır.
Publika.az xəbər verir ki, araşdırmanın nəticələri "The Lancet"də dərc olunub.
Tədqiqatda 18-35 yaş arası 1800 könüllü iştirak edib. Alimlər könüllülərdən qulaqlıqda nə qədər tez-tez musiqi dinlədiklərini söyləmələrini xahiş ediblər. Məlumat toplandıqdan sonra subyektlər sağlamlıq vəziyyətləri ilə bağlı anketlər doldurublar.
Məlum olub ki, uzun müddət (gündə dörd saatdan çox) qulaqlıq taxmaq konsentrasiyanın azalmasına və narahatlığın artmasına səbəb olub.
Həmçinin, qulaqcıqlarından ayrılmayan iştirakçılar gecə yuxusunun keyfiyyətinin aşağı düşdüyünü bildiriblər.
Alimlər izah ediblər ki, daimi səs stimulyasiyası beyində təbii məlumatların emal proseslərini pozur. Tədqiqatçıların fikrincə, bəzi hallarda idrak funksiyasındakı dəyişikliklər geri dönməz ola bilər.
Hüseyn İbadlı
-
Hadisə21:09Azərbaycanda zəlzələ oldu
-
Region20:24İranda saxta spirtli içkidən kütləvi zəhərlənmə - Çox sayda ölən var
-
İdman19:20"Sabah"a 2 qol vuran Qordon həftənin oyunçusu seçildi
-
İKT18:36“Aztelekom”dan internet sürəti ilə bağlı açıqlama
-
Hadisə17:01Nəsimi Musayevin həbs müddəti daha 3 ay uzadıldı
-
Nida Xəbər 16:34TRIPP layihəsi Moskvanın hədəfinə xələl gətirdi: Rusiya nə planlaşdırır?
-
Region16:28Paşinyandan Rusiyaya mesaj: Sərhədlərimizi özümüz qorumalıyıq
-
Cənubi Qafqaz15:55İrəvanda bu ermənilərin posportuna “Azərbaycan” yazıldı: Artıq dəyişməyəcək






.jpg)




















.jpg)











