Səhiyyə
İnsan genlərinin 60%-ni idarə edən DNT fraqmenti deşifrə edildi
San Dieqo Kaliforniya Universitetinin tədqiqatçıları süni intellektin köməyi ilə genlərin fəaliyyətinin başlanmasında iştirak edən DNT-nin xarakterik ardıcıllığını deşifrə ediblər. Məlum olub ki, insan genlərinin təxminən 60 faizində “inisiator” adlanan gen sahəsi var.
Publika.az xəbər verir ki, "Machine learning analysis of the human initiator region reveals key features of different types of core promoters" adlı məqalə “Genes and Development” elmi jurnalında dərc olunub.
İnisiator DNT-nin genetik informasiyanın oxunmasının və onun hüceyrənin funksional məhsullarına, o cümlədən zülallara, fermentlərə və hormonlara çevrilməsinin başladığı hissəsidir. Genlərin aktivləşmə mexanizmi pozuntularla işlədikdə hüceyrələr normal fəaliyyətini dayandıra bilər ki, bu da xərçəngin inkişafına səbəb ola bilər.
İnisiatorun quruluşunu müəyyənləşdirmək üçün San Dieqo Kaliforniya Universitetinin molekulyar biologiya professoru Ceyms Kadonaqanın rəhbərlik etdiyi komanda DNT-nin bu hissəsinin təxminən 500 min müxtəlif variantını araşdırıb. Alimlər yüksək məhsuldarlıqlı sekvensləşdirmə üsulundan istifadə edərək hər bir variantın genlərin ekspressiyasını nə dərəcədə effektiv şəkildə başlatdığını müəyyənləşdiriblər.
Daha sonra əldə olunan məlumatlar maşın öyrənməsi vasitəsilə emal edilib. Yaradılmış süni intellekt modeli DNT əsaslarının xarakterik nümunəsini müəyyənləşdirə bilib. Bu nümunə genlərdə inisiatorun olub-olmadığını proqnozlaşdırmağa imkan verir.
Alimlərin sözlərinə görə, yeni model genlərin fəaliyyətindəki pozuntular və müxtəlif xəstəliklərlə əlaqəli DNT mutasiyalarının nəticələrini proqnozlaşdırmağa imkan verəcək. Bundan əlavə, əldə olunan məlumatlardan sintetik promotorların, yəni genlərin işə salınmasını və söndürülməsini idarə edə bilən süni ardıcıllıqların yaradılmasında istifadə oluna bilər.
Tədqiqatçılar gələcəkdə modeli genişləndirməyi və genetik “kodun” daha böyük hissəsini deşifrə etməyi planlaşdırırlar. Məhz bu hissə insanın müxtəlif genlərinin nə vaxt, harada və nə dərəcədə aktiv işlədiyini müəyyənləşdirir.
Hüseyn İbadlı
-
Hadisə18 Sentyabr 21:26Sumqayıtda dəhşətli qəza: 4 yaşlı uşaq öldü
-
Magazin118 Sentyabr 20:36Əməkdar artist vəfat etdi - Yeniləndi
-
Kriminal18 Sentyabr 18:50Adnan Əhmədzadə 1 ildir içəridədir - Nələr baş verdi?
-
Nəqliyyat18 Sentyabr 18:20Bakıda axşam tıxacı: 27 yol keçilməz oldu - Siyahı
-
Magazin118 Sentyabr 15:28Elçin Cəfərov Tacir Şahmalıoğlu barədə paylaşım etdi - FOTO
-
Dünya18 Sentyabr 14:16Cümə namazı zamanı partlayış: 15 ölü, 50-dən çox yaralı
-
Dünya18 Sentyabr 13:18Aral gölü necə məhv edildi? - Ekoloji fəlakətə səbəb olan şok faktlar
-
Cənubi Qafqaz18 Sentyabr 11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA













.jpg)













.jpg)




.jpg)




