Sosial şəbəkələrdə yayılan bu sənəd saxtadır - Birgə açıqlama
Bizi izləyin

Səhiyyə

Sosial şəbəkələrdə yayılan bu sənəd saxtadır - Birgə açıqlama

Sosial şəbəkələrdə yayılan bu sənəd saxtadır - Birgə açıqlama

Sosial şəbəkələrdə və mesajlaşma platformalarında Səhiyyə Nazirliyinin adından hazırlandığı iddia edilən, tibb müəssisələrində hicabın istifadəsinə dair məhdudiyyət qoyulduğunu bildirən məktubun görüntüsü yayılır.

Publika.az xəbər verir ki, Azərbaycan Respublikası Media və Yayım Şurasının və Səhiyyə Nazirliyinin birgə açıqlamasında bildirilib.

Qeyd edilib ki, sözügedən məktub saxtadır. Səhiyyə Nazirliyi tərəfindən belə bir sənəd qəbul edilməyib və tibb müəssisələrinə bu məzmunda göstəriş verilməyib. Saxta sənədin həqiqi rəsmi yazışma kimi təqdim olunması ictimaiyyəti çaşdıran dezinformasiyadır.

Azərbaycan Respublikası Media və Yayım Şurası media subyektlərini və sosial media istifadəçilərini məlumatların doğruluğunu rəsmi mənbələr əsasında yoxlamağa, saxta sənədi həqiqi sənəd kimi paylaşmamağa və dezinformasiyanın yayılmasına alət olmamağa çağırır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm