Sosial
"Erməni" müəllimi "zorlayan" direktor işdən azad edildi
Xəzər rayonu 230 saylı məktəbdə baş vermiş qalmaqalla bağlı istefa verən direktoru Elşən Qafarovun ərizəsi qəbul edilib.
E.Qafarov Publika.az-a açıqlamasında ərizəsinin bu gün qəbul edildiyini deyib:
“Hazırda məktəbdə təhvil-təslim işləri aparılır. Lakin hələ ki, direktor vəzifəsinə təyinat olmayıb”.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
E.Qafarov Ləman Babayeva ilə aralarında yaranmış mübahisənin haradan qaynaqlandığından da danışıb:
“Məktəbdə işlədiyim 4 il müddətində kollektivdə problem yaranmamasına çalışmışam. Problem ötən ilin aprel ayında L.Babayevanın işə gəlməməsindən sonra başladı. O, məktəbdə daim söz-söhbətlər yaradırdı.Tez-tez dərs saatı bitməmiş çıxıb gedirdi. Bununla bağlı irad bildirəndən, yəni iyun ayından sonra problemlər başladı. L.Babayeva müəllimlərdən birinin onun oturacağına qurd yağı sürtdüyünü dedi. O iddia edirdi ki, məhz bu səbəbdən məktəbdə otura bilmir, boğulur. Hətta bu barədə anasına da məlumat vermişdim. İyulun 12-13-də e-mail ünvanıma Sergey Kovalenko adlı ünvandan məktub daxil oldu. Həmin məktub L.Babayevanın anası Səhər Abdullayevanın işlədiyi 125 saylı məktəbə və Təhsil Nazirliyinə də göndərilib. Bir müddət sonra isə poçt vasitəsilə məktəbə təkrar göndərilmişdi. Məktubda onun erməni əsilli olduğu yazılmışdı. Keçdiyim həyat yolu və erməni əsilli birilə işləməyim uyğun gəlməzdi. Onun barəsində bir neçə dəfə də mənə demişdilər. L.Babayevanın özündən də bu barədə soruşmuşdum. Bu faktı təsdiqləsə, istefa verəcəkdim. Mənim üçün ən böyük söyüşdü “erməni” sözü. O, mənə nənəsinin qazax olduğunu demişdi. Sonradan məlum oldu ki, nənəsi doğrudan da erməni olub. 1988-ci ildə ermənilər Bakıdan gedəndə babası Nəriman Nəcəfov 125 saylı məktəbin direktoru olub, məktəb kollektivi onun yoldaşının qalması üçün israr ediblər. O da milliyətini dəyişərək qalıb”.
E.Qafarov L.Babayevanın zorlama ilə bağlı iddialarına da aydınlıq gətirib:
“İyulun 16-da Babayeva əşyalarını yığaraq işdən ayrıldığını, başqa bir məktəbə təyinat aldığını dedi. Avqust ayının əvvəlində referendumla bağlı hazırlıqlar zamanı onun işdən ayrıldığını düşünərək, onun otağına printerləri yerləşdirdik. Avqustun 4-də Ləman Babayevanın anası otağıma daxil oldu, məni qızını işdən azad etməkdə ittiham etdi. Onun ardınca qardaşı daxil oldu. Səs-küy saldı, onu çölə çıxarandan sonra maşından bıçaq götürüb gəldi. Üstümüzə hücüm etdi. Bu barədə polisə məlumat verilib. Avqustun 23-də o bir çox qurumlara məktub yazaraq, onu zorlamaq istədiyimi deyib. Məktubda yazdığına görə, hadisə iyulun 9-da olub, halbuki iyulun 11-də biz kollektiv istirahətə getmişik, Ləman Babayeva da bizim yanımızda olub. Necə olub, zorlanma baş verib, amma iki gün sonra biz gəzməyə getmişik. Haqqımda araşdırma aparılsa da, bu iddia təsdiqini tapmadı”.
E.Qafarovun sözlərinə görə, o yeni tədris ili başlayandan sonra bülleten açdıraraq sentyabrın 14-dən oktyabrın 25-dək dərsə gəlməyib. Direktor bütün bu hadisələri nəzərə alaraq, işdən azad olmaq üçün ərizə yazıb:
“Hələ ötən il məni başqa bir məktəbə keçirmələri üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müraciət etmişdim. Bundan başqa, bu vaxta qədər məktəbdə yaşanmış bütün hadisələr barədə idarə mütəmadi olaraq məlumatlandırılıb”.
Keçmiş direktorun sözlərinə görə, onun rəhbərlik etdiyi 4 il müddətində 230 saylı məktəb Bakının ən qabaqcıl məktəbləri sırasında yer alıb, 308-ci yerdən 199-cu yerə irəliləyib. Ötən il L.Babayeva məsələsi o qədər problemlər yaradıb ki, məktəbin səviyyəsi yenidən düşüb, 36 pillə geriləyib. Yəni bu proses təkcə müəllimlərin münasibətinə deyil, həm də məktəbdə tədris prosesinə mənfi təsir edib.
Qeyd edək ki, 230 saylı məktəbin kollektivi direktor müavini Ləman Babayeva ilə bağlı mətbuata müraciət etmişdi. Müəllimlər L.Babayevanın onları şantaj, təhqir etdiyini, həmçinin qardaşının müəllimləri bıçaqla hədələdiyini bildiriblər. L.Babayeva isə direktor E.Qafarovun onu zorladığını iddia edib. Bu fakt isə təsdiqini tapmayıb.
Gülxar
-
Rəsmi xronika12:48Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir - İlham Əliyev
-
Dünya12:34Türkiyənin Söke qərarına Yunanıstandan cavab: Böyük Dərbəndə ordu yeridildi
-
MDB11:50Kopırkin bacarmadı – Rusiya Ermənistana göndərməyə səfir axtarır
-
Dünya11:04Türkiyədə məktəbə silahlı hücum: 1 şagird ölüb, 8 nəfər yaralanıb - YENİLƏNDİ
-
MDB09:42Ukraynanın bu şəhərlərə kütləvi hücumu: Rusiya Müdafiə Nazirliyi bəyanat yaydı
-
Hadisə07:55Maştağada partlayış: 2 nəfər yaralandı - Video
-
Sosial03:43Bakıda 52 qəzalı bina söküləcək - Kompensasiya məbləği açıqlandı
-
Qoroskop00:45Günün ulduz falı: qarşınıza yeni hədəflər qoyacaqsınız























.jpg)














