Sosial
Əli Həsənov: “Qaçqınların problemlərinin həllinə 6,1 milyard manat vəsait xərclənib”
“Azərbaycanda qaçqın və məcburi köçkünlərin problemləri yarananda ölkənin cəmi 7 milyon əhalisi var idi. Həmin vaxtı Azərbaycanda 1 milyon qaçqın və məcburi köçkün problemi yaranmışdı”.
Publika.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib.
Ə.Həsənov deyib ki, həmin vaxtı Azərbaycanda əhalinin hər 7 nəfərindən biri qaçqın və məcburi köçkün idi:
“O dövr üçün də, bu gün üçün də qaçqın və məcburi köçkünlərin ölkə əhalisinə sayına mütənasiblikdə Azərbaycandakı problemin dünyada analoqu yoxdur. Ümummilli lider Heydər Əliyev şəxsi siyasi təcrübəsinə əsaslanaraq, millətin milli psixolgiyasını dərindən bildiyindən iqtisadi durumun ağır olduğu dövrdə ölkənin 1 mlilyon qaçqın və məcburi köçkünün idarə olunması üçün sistem və mexanizm yaratdı. Heydər Əliyev heç bir beynəlxalq təcrübəyə istinad etmədən yeni model hazırladı. Sonradan Prezident İlham Əliyev tərəfindən bu siyasət çox böyük bacarıq və məharətlə davam etdirildi. Hətta daha da təkmilləşdirildi”.
Ə.Həsənov qeyd edib ki, Avropa ölkələrinin bu gün üzləşdiyi qaçqın və miqrant böhranı ilə Azərbaycan hələ 20-25 il öncə rastlaşıb:
“İndi biz Avropada miqrantlarla bağlı problemi görürük. Bu ölkələr miqrantları idarə edə bilmirlər və onların hüquqları pozulur. Azərbaycanda qaçqın və məcburi köçkünlərin sayı təbii artımla 1 milyon 200 minə çatıb. Bu dövrdə qaçqın və məcburi köçkünlərin hüquqları bir dəfə də pozulmayıb. Heydər Əliyevin yaratdığı bu mexanizm sahəsində qaçqın və məcburi köçkünlərin problemlərinin həll olunmasına indiyədək 6,1 milyard manat vəsait sərf olunub. Bu vəsait həm büdcədən, həm Dövlət Neft Fondundan, həm də beynəlxalq təşkilatlar tərəfindən ayrılan vəsaitlər hesabına formalaşıb. Bu vəsaitlər hesabına 95 müasir qəsəbə tikilib, 250 min qaçqın və məcburi köçkün yeni mənzillə təmin olunub, 350 min qaçqın və məcburi köçkünün isə köçürülməsinə ehtiyac var”.
Vasif Həsənli
-
Elm və təhsil10:12VACİB AÇIQLAMA: Bu halda məktəblərdə...
-
MDB09:18“Ən varlı deputat” həbs edildi: Bu qədər pul mənimsəyib
-
Magazin108:10Tacirin oğlunu evləndirməzdən əvvəl etdiyi hərəkət gündəm oldu - Qadağan imiş…
-
İdman07:15Bu klubun prezidentindən şok açıqlama: Messiyə 1,4 milyard təklif etdim
-
Dünya06:46Dünyaya asteroidin çırpılacağı barədə xəbərlər yayıldı - Alimlər nə deyir?
-
Nida Təhlil 01:50Tramp ritorikanı dəyişdi - İrana hücum başlanır
-
Qoroskop01:40Günün ulduz falı: Uğurlu qərarlar dövrü başlayır
-
ABŞ00:45İrandakı 50 hərbi hədəf - Trampa siyahı təqdim edildi

















.jpg)


















