Sosial
Azərbaycandakı zəlzələlər Ərəbistanla bağlıdır: növbəti təkanlar gözlənilir
Bu gün səhər saatlarında Saatlı rayonunda qeydə alınan zəlzələ, ərtaf rayonlarda da hiss edildi. Zəlzələnin episentrdə gücü 5 bal olsa da, rayonlarda 3-4 bala qədər hiss edilib. Yerli İcra Hakimiyyətlərinin rəsmi açıqlamalarına görə zəlzələ dağıntı və binalarda çatlara səbəb olmayıb. Bunun əsas səbəbi isə zəlzələnin 49 km dərinlikdə olması idi.
Düzdür, mütəxəssislər zəlzələnin proqnozlaşdırılmasının mümkün olmadığını hər dəfə vurğulayır. Lakin platformalardakı gərginlik müəyyən ehtimalların irəli sürülməsinə əsas verir. Necə ki, bir neçə ay əvvəl Abşeran yarımadasının cənub hissəsi və Salyan rayonunda zəlzələ, sürüşmə və vulkan püskürməsi kimi təbii fəlakətlərin başvermə ehtimalının yüksək olması ilə bağlı açıqlama yayıldı.
Bunu Azərbayacan Milli Elmlər Akademiaysının Yer Elmləri bölməsinin akademik-katibi Fəxrəddin Qədirov 1998-ci ildən etibarən Amerikanın Masaçused Texnalogiyalar İnstutu ilə birgə aparılan yerin deformasiya prosesi monitrinqinin nəticələrinə əsasən demişdi. Onun sözlərinə görə, buna səbəb həmin ərazilərdə yer gərginlyinin normadan yüksək olmasıdır.
AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli bugünkü zəlzələnin həmin proqnozla əlaqəsinin olub-olmamasına aydınlıq gətirdi.
Mərkəzin direktoru Publika.az-a açıqlamasında ərazidə aktivliyi müşahidə etdiklərini deyib: “Zəlzələlər litosferdə parçalanmış layların hərəkəti nəticəsində baş verir. Bir layın sürəti digərindən çox olanda hərəkət edərək digər layı sıxır və suxurlar deformasiyaya uğrayır və gərginlik yaranır. Bu gərginlik kritik həddə çatanda qırılma, parçalanma və nəticədə zəlzələ baş verir. GPS məlumatları göstərir ki, Ərəbistan piltəsi Avrasiya piltəsini sıxır və Kiçik Qafqazdan Böyük Qafqaza doğru hərəkətlər var. Bu hərəkətlilik ayrı-ayrı bloqlarda fərqli kəmiyyətlərlə ifadə edilir. Azərbaycan da bu piltələrin arasında yerləşdiyindən bizdə də zəlzələ ocaqlarında aktivləşməyə səbəb olur. Kür depresiyasının Böyük Qafqazın altına doğru hərəkəti nəticəsində zəlzələlər baş verir. Bu cür hərəkətlilik, aktivlik var”.
Q.Yetirmişli onu da vurğulayıb ki, eyni ərazidə 17 il əvvəl də zəlzələ baş vermişdi: “Bu zəlzələ təsadüfi deyildi. Hələ, 2000-ci ildə martın 21-də də həmin ocaqda zəlzələ baş vermişdi, maqnitudası 4.5 idi. Bu təzə ocaq deyil. Zəlzələdən sonra avtoşokların olması normaldır. Bu zəlzələ rixter şkalası üzrə 5.3 bal idi. Ona görə də, bunu zəif zəlzələ hesab edə bilmərik. Dağıntı olmamasının səbəbi isə dərinlikdə olmasıdır. Zəlzələ nə qədər yer səthinə yaxın olsa, dağıntısı az olur. Saatlıda mayın 11-də baş verən zəlzələ 2017-ci ilin ən güclü zəlzələsi idi. Lakin 5.3-dən güclü zəlzələ olması ehtimalı yoxdur.
Hazırda ərazidə vəziyyət normaldır. Ümumiyyətlə, respublikanın zəlzələ ocaqlarında vəziyyət normaldır. Lakin xırda təkanların olması ehtimalı hər zaman var. Bu gün respublikanın bir çox yerlərində gərginlik müşahidə edilir. Lakin dağıdıcı zəlzələ gözlənilmir. Zəif zəlzələlər olacaq, olmalıdır, ola bilər ki, həmin zəlzələlər içərisində bəziləri hiss olunsun”.
Gülxar
-
Nəqliyyat25 May 21:51Bakı–Tbilisi–Bakı marşrutu üzrə qatar biletlərinin qiymətləri enəcək? - Rəsmi açıqlama
-
İnanc25 May 21:26Qurban kəsərkən edilən böyük səhvlər - İllərdir yanlış bilirmişik
-
MDB25 May 21:13Rusiya XİN-dən xəbərdarlıq - Dərhal Kiyevi tərk edin!
-
Elm və təhsil25 May 19:20Azərbaycanda yeni universitet yaradılacaq
-
Ekologiya25 May 18:10Sabah Bakıya yağış yağacaq - Xəbərdarlıq
-
Rəsmi xronika25 May 17:20İlham Əliyev sərəncam imzaladı
-
Sosial25 May 17:16Prezidentdən soyuducu anbarlarla bağlı tapşırıq
-
Sosial25 May 16:52İTV-nin yeni baş direktoru müəyyən oldu











.jpg)




























