Sosial
Məşhəd və Kərbəla ziyarətləri ilə bağlı dəyişiklik edildi
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşkil etdiyi Kərbəla, Nəcəf və Məşhədə ziyarəti ilə bağlı bəzi dəyişikliklər edilib.
QMİ-dən verilən məlumata görə, birbaşa Məşhəd ziyarəti hələlik təxirə salınıb, yalnız Bakı-Kərbəla-Məşhəd-Bakı səfəri həyata keçiriləcək.
Səfərlə bağlı sənəd qəbuluna iyulun 20-dən başlanacaq, zəvvarlardan xarici pasport, 3x4 ölçüdə 2 ədəd fotoşəkil və sağlamlıq haqqında arayış tələb olunacaq.
Avtobusla həyata keçiriləcək səfərin qiyməti 350 ABŞ dollarıdır.
Sənədlər QMİ-nin ziyarət şöbəsində qəbul olunur.
Qeyd edək ki, QMİ bir müddət əvvəl Kərbəla, Nəcəf və Məşhəd şəhərlərində yerləşən müqəddəs yerlərə ziyarətlər təşkil edəcəyini bəyan edib, ziyarətçilərə nəqliyyat vasitəsi olaraq avtobus və ya təyyarə seçmək imkanı verildiyini açıqlamışdı.
Bildirilmişdi ki, avtobusla 10 günlük Bakı-Nəcəf-Məşhəd-Bakı səfərinin qiyməti 350-400, təyyarə ilə 10 günlük Samirə, Nəcəf və Kərbəla səfəri isə 1200-1300 ABŞ dolları arasında olacaq. (apa)
-
Nida Xəbər 19:12Əməkdar artist oğluna gəlinsiz toy etdi - VİDEO
-
ABŞ18:50Parkdan 1 milyon dollar dəyərində almaz tapıldı
-
Elm və təhsil18:40Sumqayıtda məktəb direktoru 48 yaşında vəfat etdi - FOTO
-
MDB16:24Zelenski Putinin böyük hücumuna hazırlaşır: Ukraynada təcili səfərbərlik
-
Rəsmi xronika15:46İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanladı
-
Sosial13:10Təcili Yardıma yeni direktor təyin edildi - FOTO
-
Cənubi Qafqaz12:44Paşinyandan Azərbaycan və Türkiyə ilə bağlı mühüm açıqlama
-
Magazin111:56Vüsalə verilişində yerinə aparıcılıq edənə "əsəbiləşdi": Bunu tapmısınız?
























.jpg)










.jpg)

