"Xalqın şairi" qalmaqalı ilə bağlı ARB-dən açıqlama - FİNAL EVƏ GÖRƏ TƏXİRƏ SALINIB?
Bizi izləyin

Sosial

"Xalqın şairi" qalmaqalı ilə bağlı ARB-dən açıqlama - FİNAL EVƏ GÖRƏ TƏXİRƏ SALINIB?

"Xalqın şairi" qalmaqalı ilə bağlı ARB-dən açıqlama - FİNAL EVƏ GÖRƏ TƏXİRƏ SALINIB?

Son günlər sosial şəbəkələrdə ARB Tv-də yayımlanan “Xalqın şairi” yarışması ilə bağlı yeni qalmaqallar gündəmə gəlib.

Publika.az xəbər verir ki, kanalın marketinq, strateji inkişaf və media direktoru İsmayıl Həsənov məsələ ilə bağlı açıqlama yayıb. O bildirib ki, layihəyə start verilən gündən mediada əsassız məlumatlar dərc olunur:

"Son olaraq gənc yazarın yazdığı ittihamlar da məhz bunlardan biridir. Bu layihəni reallaşdırmaq üçün böyük vəsait ayrılmışdı və gözləntilərimiz kifayət qədər idi. İstənilən televiziyada təşkil olunan bu cür verilişlərdə çoxlu sayda sponsorlara ehtiyac duyulur. Maddi baxımdan çətinlik yaşanarsa, layihənin davam etməsi ilə bağlı problemlər yaranır. "Xalqın şairi"nin müvəqqəti dayandırılmasına səbəb isə sponsorların bu tip verilişlərə maraq göstərməməsidir. Sponsor məsələlərini həll etdikdən sonra layihə yenidən davam etdiriləcək və final mərhələsi keçiriləcək".

Yarışma iştirakçıları isə bildiriblər ki, final mərhələsinin martda baş tutacağı kanal tərəfindən onlara ilk turdan deyilib.

Xatırladaq ki, bir neçə gün öncə Rauf Qərib Alagöz adlı gənc yazar özünün facebook səhifəsində sözügedən veriliş və aparıcısı Mübariz Əsgərov haqqında söz-söhbətlərə səbəb olan status paylaşmışdı.

Onun sözlərinə görə, M.Əsgərova veriliş haqqında ideyanı o verib. Mükafat kimi isə özünün Şəkidəki bağ evini qoyacağını deyib. Amma bir şərt qoyub ki, birincilik ona verilməlidir. M.Əsgərov isə onun şərtləri ilə razılaşıb. Lakin qısa müddət sonra Rauf Qərib Alagöz razılaşmaya müxalif çıxıb, iştirak etməyəciyini, evi verməyəcəyini deyib. O yazıb ki, verilişin final mərhələsi məhz buna görə mart ayına qədər təxirə salınıb.

M.Əsgərov isə ittihamları əsassız adlandırıb, layihənin ideyasının özünə məxsus olduğu bildirib.

Ulucay Akif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm