Sosial
Azərbaycanda xəstəliklər bu yolla müəyyən ediləcək - YENİLİK
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzi və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti aqrar sahədə innovasiyaların tətbiqi və texnologiyaların transferi ilə bağlı əməkdaşlıq haqqında razılığa gəliblər.
Nazirlikdən Publika.az-a verilən məlumata görə, əməkdaşlıq çərçivəsində bitki xəstəliklərinin şəkillər vasitəsilə avtomatlaşdırılmış şəkildə müəyyən edilməsi və müalicəsinin həyata keçirilməsi ilə əlaqədar startap layihəsinin reallaşdırılması nəzərdə tutulur.
Startap layihəsində xəstəliyə yoluxmuş bitkilərin şəkilləri çəkilərək mobil tətbiq vasitəsilə serverə ötürülür. Daha sonra sistem tərəfindən xəstəliyin növü, xəstəliyə qarşı mübarizə tədbirləri və müalicə metodları anında istifadəçiyə təqdim edilir.
Qeyd etmək lazımdır ki, bu tip mobil tətbiqlər üzərində dünyanın bir çox inkişaf etmiş ölkələrində işlər aparılır.
Proqramın sınaq versiyasının təqdimatı 2019-cu ilin fevral ayının sonuna planlaşdırılıb.
-
Magazin104:44“Sevgilim 3 il məni aldatdı” - Pərvin Abıyeva
-
İqtisadi gündəm03:13Qızıl kəskin ucuzlaşdı
-
Sosial02:12Həmin tuneli yenə su basıbmış - VİDEO
-
Avropa01:41Krakovda Qətliam törədən şəxsin evində meyitlər aşkarlandı
-
Qoroskop00:30Günü ULDUZ FALI - Xəyallarınızla reallıq arasında körpü qura bilərsiniz
-
Nida Xəbər 00:20Hikmət Hacıyev Şuşadan paylaşım etdi - VİDEO
-
İdman7 Noyabr 23:00Ronaldonun Messiyə jestləri cavabsız qaldı - Sükut müzakirələrə səbəb oldu
-
Sosial7 Noyabr 21:24Polad Həşimovun anasının son durumu açıqlandı




























.jpg)

