Sosial
Xəstəliyə ən çox bu şəxslər tutulur - XƏBƏRDARLIQ
Ötən ilin dekabr ayı ərzində respublikada 55 nəfərdə qızılca qeydə alınıb. Yanvar ayında da əhali arasında qızılcaya yoluxma halları qeydə alınır.
Bu sözləri Publika.az-a açıqlamasında Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva bildirib.
Onun sözlərinə görə, qızılca əsasən 20-40 yaş arası əhali arasında qeydə alınır.
“Bütün əks-epidemik tədbirlər həyata keçirilib. Xəstələnənlər peyvənd edilməyən 20-40 yaş arası, bəzən 45 yaşdan yuxarı əhalidir. Az da olsa, uşaqlar arasında yoluxma halı qeydə alınır. Qızılcaya yoluxanlar əsasən peyvənd olunmayanlardır. Buna görə də böyük yaşlı əhalinin peyvənd olunması üçün mart ayında qızılca-məxmərək əleyhinə vaksinin gətirilməsi gözlənilir. Bu vaxta qədər qızılca ilə bağlı müraciət edənlərdə ağırlaşma halı qeydə alınmır. Xəstələrdə adi qızılca əlamətləri müşahidə edilir. Dörd gün yüksək hərarətdən sonra səpki başlayır. Daha sonra 4 gün səpki müşahidə edilir və tədricən solur. Poliklinikalara qızılca əlamətləri ilə müraciət edənlər müayinə edilir.Laborator müayinə nəticəsində qızılca aşkarlananlar siyahıya daxil edilir”.
A.Əliyeva bildirib ki, peyvənd təqviminə uyğun olaraq valideynlər uşaqlarını 12 aylığında və 6 yaşında qızılca, parotit, məxmərək əleyhinə peyvənd etdirsinlər:
“Hər hansı səbəbdən bu yaşlarda peyvənd etdirməyiblərsə, 10 yaşına qədər həmin vaksinlə peyvənd etdirsinlər. Çox təhlükəsiz peyvənddir, bütün poliklinikalar bu peyvəndlə tam təmin edilib. Təqvimə görə 12 aylığında peyvənd olunan uşaq bir də 5 ildən sonra 6 yaşında olunmalıdır. Bu zaman onda tam immunitet yaranır və bu da onu uzun illər xəstəlikdən qoruyur. Bu peyvənd həm epidemik paratit, həm də məxmərəkdən qoruyur”.
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO









.jpg)





.jpg)




















.jpg)


