Sosial
Yanğından zərər çəkmiş 228 sahibkara maddi yardım ödənildi
Aprelin 11-də 69 zərər çəkmiş sahibkarın bank hesabına 218 min manat məbləğində maddi yardım ödənilib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Publika.az-a bildirilib ki, Bakının Nizami rayonunda yerləşən ticarət mərkəzində baş vermiş yanğında zərər çəkmiş sahibkarlardan sənədlərin qəbulu və maddi yardımın ödənilməsi prosesi davam edir. Daha 69 zərər çəkmiş sahibkarın bank hesabına 218 min manat məbləğində maddi yardım ödənilib. Beləliklə, indiyədək İşçi Qrupu tərəfindən maddi yardımın ödənilməsi qərara alınmış 228 zərər çəkmiş sahibkarın bank hesabına 1 milyon 360 min manat məbləğində maddi yardım köçürülüb.
Maddi yardımın ödənilməsi "Kapital Bank" və "TuranBank" vasitəsilə həyata keçirilir. Vəsaitlər sahibkarlara bank kartları vasitəsilə nağdsız şəkildə verilir və banklar tərəfindən maddi yardımdan xidmət haqqı tutulmur.
Bununla yanaşı, sahibkarların Bakının Nizami rayonunda yerləşən yanğın baş vermiş ticarət mərkəzindən mallarının çıxarılması prosesi də davam etdirilir. İndiyədək 200 sahibkar mallarını ticarət mərkəzindən çıxarıb.
İqtisadiyyat, Maliyyə, Vergilər, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin, Baş Prokurorluğun, Dövlət Gömrük Komitəsinin və Nizami Rayon İcra Hakimiyyəti əməkdaşlarının və sahibkarların iştirakı ilə akt tərtib edilərək yanmamış mallar sahibkarlara təhvil verilir, yararsız vəziyyətə düşmüş mallar isə Suraxanı rayonunda xüsusi ayrılmış anbara göndərilir. Sahibkarlar mallarının daşınması üçün nəqliyyatla təmin olunurlar.
-
ABŞ05:15ABŞ bu ölkə ilə anlaşdı - Nağd dollar göndəriləcək
-
Avropa03:43Madyara bu dəfə yumurta atdılar - Hücum edən şəxs nəyə görə peşmandır?
-
İdman01:11Millətlər Liqası: İspaniya İngiltərəni səfərdə məğlub etdi
-
Qoroskop00:20Günün ULDUZ FALI - Sevgi həyatınız mükafatlandırıcı olacaq
-
Kriminal26 Sentyabr 23:24Siqnala görə qonşuların mübahisəsi faciə ilə bitdi
-
Kriminal26 Sentyabr 22:12Naxçıvan sakini arvadını və baldızını bıçaqladı
-
Magazin226 Sentyabr 21:48Məşhur aktrisa ictimaiyyət qarşısına elə libasda çıxdı ki... - FOTO
-
İdman26 Sentyabr 21:36Ayxan Abbasov millinin əsas məqsədini açıqladı

























.jpg)









.jpg)