Sosial
Quduz itin dişlədiyi 4 yaşlı uşaq üçün QORXUNC TƏHLÜKƏ - Həkimi AÇIQLADI
Xəbər verdiyimiz kimi, dünən paytaxtın Binəqədi rayonunun Sulutəpə qəsəbəsində 2015-ci il təvəllüdlü Məmişov Hüseyn Qismət oğlu itin hücumuna məruz qalıb.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Publika.az xəbər verir ki, uşaq Bakıda 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə edilir. Cərrah Məhəbbət Cəfərov uşağın hazırkı vəziyyəti ilə bağlı açıqlama verib. O bildirib ki, uşağın durumu normaldır:
“Lazım olan bütün tibbi yardımlar göstərilib, bütün zərdabları vurulub, müalicəsi davam edir. Uşağın səhhəti hazırda normaldır. Bir az əvvəl Səhiyyə Nazirliyindən də gəlmişdilər, göz həkimi də müayinə edib. Uşaq infeksionisti dəvət etmişdik, o da qeydiyyat aparıb.
Lakin küçə itlərinin yığışdırılması barədə müəyyən aidiyyəti orqanlar qərar verməlidir. Onlara məlumat vermək lazımdır ki, küçə itlərini yığışdırsın. Camaatın uşağı yazıqdır, 4 yaşlı uşaq öz həyətində oynadığı yerdə küçə iti daxil olub və onu tutub. Quduz olduğu üçün it özü ölüb. Uşağın anası hadisə baş verən kimi xəbər tutub, övladını itin ağzından özü alıb.
Yanağında qopmuş defektli yara var idi, onu işləmişik. Yaralar qorxulu deyil. Əsas qorxu quduzluq infeksiyasının keçməsi ilə bağlıdır. Əgər uşağa keçsə, çətin olacaq. Hazırda uşaqda quduzluğun heç bir əlaməti yoxdur, psixoloji vəziyyəti normaldır, quduzluqda səsdən və işıqdan qorxma halları baş verir. Uşaq hələ ki, heç nədən qorxmur. Buna baxmayaraq, demək olmaz ki, uşaqda quduzluq yoxdur. Çünki infeksionist bildirdi ki, quduzluğun əlamətləri 40-60 gündən sonra bilinir".
Aytən Məftun
-
Hadisə18:40Şəkidə kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…



































.jpg)
.jpg)

