Sosial
Bakının məşhur çimərliklərində kanalizasiya suyu dənizə axıdılır - FOTOLAR
İstirahət mərkəzlərinin sahibləri cəzalanıb Xəzər dənizi sahillərində ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin nümayəndələri ilə birgə növbəti reyd keçirib.
Publika.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, reyd zamanı Şıx çimərliyi ərazisində fəaliyyət göstərən “ 1001 gecə”, “Eldorado”, “Aqua Park” və “Dostluq” istirahət mərkəzlərində formalaşan tullantı sularının təmizlənmədən Xəzər dənizinə axıdıldığı aşkar edilib. Ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərini pozduqlarına görə istirahət mərkəzlərinə cavabdeh şəxslər Raul Qasımov, Rəşad Hüseynov, Zaur Hüseynli və Azər İsmayılov barəsində protokol tərtib olunub və onların hər biri 4000 manat məbləğində cərimə edilib. Çirkab sutəmizləyici qurğuların quraşdırılması üçün obyekt sahiblərinə icrası məcburi olan “məcburi göstəriş”lər verilib. “Məcburi göstəriş”lərin tələbləri icra olunmadığı təqdirdə məhkəməyə müraciət olunacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti
-
Kriminal21:51Gəncədə korrupsiya əməliyyatı: vəzifəli şəxs saxlanıldı
-
Avropa21:13Supermarketlərə kiberhücum təhlükəsi - Xəbərdarlıq edildi
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...















.jpg)
















.jpg)
.jpg)

