Sosial
Ermənilərin məhsulu “Araz”da: alış dayandırıldı - FOTO
“Araz” marketlər şəbəkəsi “Choco Pie Lotte” şirniyyatının alışını dayandırıb.
Şirkətin PR meneceri Büllurə Əmirova Axar.az-a bildirib ki, “Choco Pie Lotte”nin alışı ilə bağlı NANT şirkəti ilə müqaviləyə xitam verilib.
“Choco Pie Lotte” məhsulu İndoneziya brendidir. Rusiyada istehsal olunur. NANT şirkəti tərəfindən idxal edilir. Məhsulun ambulajının üzərində bir-neçə dildə, o cümlədən ana dilimizdə informasiya yer alıb. Biz satışını həyata keçirdiyimiz idxal məhsullarının üzərində ana dilimizdə informasiyanın əks olunmasına xüsusi diqqət yetiririk. Adı çəkilən məhsulun içərisində ermənicə yazıların xüsusi vurğulanması məsələsini idxalçı şirkətə bildirmişik. Hazırda bu məhsulların alışını dayandırmışıq. Məsələ ətraflı araşdırılandan sonra alışın yenidən həyata keçirilib-keçirilməyəcəyinə qərar veriləcək”.
Qeyd edək ki, bir neçə gün əvvəl tanınmış jurnalist Xalid Kazımlının paylaşdığı və üzərində ermənicə yazı ilə diqqət çəkən “Choco Pie” şirniyyatı geniş müzakirəyə səbəb olub. “Choco Pie Orion”dan (orijinal) fərqli olaraq, “Choco Pie Lotte” şirniyyatında erməni dilində yazı fərqləndirilir və Rusiyada olan bu zavodun ermənilər tərəfindən işlədildiyi vurğulanır.
Xatırladaq ki, Ermənistanda istehsal edilmədiyi üçün bu məhsulun ölkəyə gətirilməsi qanunla qadağan olunmasa da, erməni sahibkarların biznesinin çiçəklənməsinə rəvac verməmək və azərbaycanlıların pulunun ermənilər vasitəsilə öz əleyhimizə çevrilməməsi niyyətilə bu tip məhsullardan imtina həm də milli məsələdir.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi



































.jpg)
.jpg)
