Sosial
Mikayıl Müşfiqin büstü yeni formada - VİDEO
Ötən gün sosial şəbəkələrdə Azərbaycanın görkəmli şairi Mikayıl Müşfiqin büstünün aşırılması ilə bağlı görüntülər yayılıb.
Bu görüntülər sosial şəbəkə istifadəçiləri arasında narahatlığa səbəb olub. Onlar büstün belə dağıdılmasını şairin ruhuna hörmətsizlik kimi qəbul ediblər.
Xəbərin izinə düşüb büstün yerləşdiyi paytaxtın Qaradağ rayon ''Müşfiqabad'' qəsəbəsinə getdik. Məlum oldu ki, əslində məsələ sosial şəbəkədə müzakirə edildiy kimi deyil. Görkəmli şairin büstü, adına olan mədəniyyət və istrahət parkında aparılan yenidənqurma işləri çərçivəsində götürülüb.
Rayon icra hakimiyyətinin qəsəbə nümayəndəsi Coşqun Bayramovun sözlərinə görə, büstün içi boş olduğundan onu başqa cür götürmək mümkün deyildi. Bu səbəbdən də büst təhlükəsizlik tədbirləri görülməklə aşırılıb. Əvəzində isə parka mərmərdən və daha müasir elementlərlə işlənən büst qoyulub.
Qeyd edək ki, Mikayıl Müşfiqin büstü olan parkda da yenidən qurma işləri sürətlə aparılır. Ağır texnikanın vasitəsi ilə əvvəlki büstün sökülən daşları yük avtomobillərinə yığaraq ərazidən daşınır. Səki daşları yenilənir və park abadlaşdırılır. Onu da qeyd edək ki, park bu ayın 15-də sakinlərin tam istifadəsinə veriləcək.
Sözügedən hadisə ilə bağlı Mədəniyyət nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov bildirib ki, sentyabr ayında Qaradağ Rayonu İcra Hakimiyyəti Mədəniyyət Nazirliyinə müraciət edərək həmin parkda əsaslı təmir işlərinin aparılması və bunun üçün orada heç də yaxşı görkəmdə olmayan, yararsız vəziyyətdə olan büstün yerinə qranit materialdan yeni və keyfiyyətli büstün hazırlanıb qoyulması ilə bağlı müraciət olub. Və bu müraciətə müsbət cavab verilib. İntiqam Hümbətov əlavə edib ki, həmin büstün tarixi abidə olması ilə bağlı iddialar da əsassızdır.
-
Magazin123:00“Eşref Rüya”da şok ayrılıq - Foto
-
Magazin122:36Alim Qasımovla yeni qohum olan kürəkən iş axtarır - Video
-
İdman20:36Ronaldo bu gün məşqə də çıxmadı - Nə baş verir?
-
Magazin120:24Tatlıses Günelə mirasından pay verib?
-
Sosial19:48Qalib Salahzadənin dəniz kənarındakı obyektləri sökülür
-
Elm və təhsil19:00Nazir bu xanıma yüksək vəzifə verdi - FOTO
-
Nida Xəbər 16:16Azərbaycan vasitəsilə benzin idxalı qiymətlərə təsir edəcək - Ermənistan ümidlidir
-
Dünya14:52Epşteyn Putinlə də görüşmək istəyib? - Kremldən rəsmi açıqlama









.jpg)











.jpg)


.jpg)












