Sosial
Niyaməddin Orduxanlı: Şuranın dəstəklədiyi layihə çərçivəsində 400 min şəxsə məlumat göndərilib
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəklədiyi "Sosial şəbəklərdə milli maraqların müdaifəsi istiqamətində fəaliyyətin təşkili" adlı layihəsinin yekunları ilə bağlı tədbir keçirilib.
Layihəni icra edən “Bələdiyyələrin İnkişafına yardım” İctimai Birliyinin sədri, BAXCP sədrinin müavini, tanınmış politoloq Niyaməddin Orduxanlı məlumat verib. Onun sözlərinə görə, Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası dəstəklədiyi "Sosial şəbəklərdə milli maraqların müdaifəsi istiqamətində fəaliyyətin təşkili" layihəsi 4 aydır davam edirmiş:” İlk öncə Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının rəhbərliyinə bu layihəyə dəstək verdiyi üçün təşkilatımız adından təşəkkürümüzü bildiririk.
Bildiyiniz ki, hal-hazırda Azərbaycanda 4 milyondan artıq şəxs sosial şəbəkə istifadəçisidir. Bunun 3 milyondan çoxu Facebook şəbəkə istifadəçisidir. Və demək olarki hər ay artan sürətlə istifadə edənlərin sayı çoxalır. Dünyada sosial şəbəkələr fenomenə çevrilib. Bizim təşkilatın Facebookda 30 000 izləyicisi olan “Niyaməddin Orduxanlı” adlı səhifəsi var. 2007-ci ildən bu günə kimi çox aktiv sosial şəbəkə istifadəçisiyəm. Səhifəm vasitəsi ilə 4 ay müddətində dövlətimizin milli maraqlarının müdaifəsi istiqəmətin işlər aparmışıq. 400 mindən artıq facebook isitfadəçisinə səhifə vasitəsi ilə məlumatlar çatdırmışıq. Əsas fəaliyyətimiz Azərbaycana qarşı anti kampaniya aparan qüvvələr qarşı və sosial şəbəkələrdən söyüş vasitəsi kimi istifadə edən şəxslərlə bağlı olub. Təbii ki, 400 min şəxsə məlumatların çatdırılması ödənişlər əsasında etmişik.
Bilirsiniz ki, Facebookda ödəniş etməklə bir necə milyon şəxsə informasiya çatdırmaq olur. Hər halda düşünürük ki, dövlət və milli maraqlarımızın müdafiəsi üçün bütün addımlar atılmalıdır. Ümüd edirik ki, bizim bu layihəmiz gələcəkdə də davam etdiriləcək. Bu günki bizim tədbirə ölkənin tanınmış partiya sədrləri, millət vəkiləri, tanınmış vətəndaş cəmiyyətinin nümayəndələri, QHT rəhbərləri, mətbuat nümayəndələri, müstəqil politoloqlar qatılıblar. Buna görə təşkilatımızın adından hər birinizə dərin minnətdarlığımızı bildiririk. Biz hər birimiz dövlət maraqlarımızın müdafiəsində bütün səylərimizi birləşdirməliyik. İmkan verməməliyi ki, dövlətimizə, onun rəhbərinə, milli mənəvi dəyərlərimizə toxunsunlar.”
Tədbirdə çıxış edən BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev sosial şəbəkədə bu cür işlər qurulmasını çox müsbət addım kimi qiymətləndirdi. Onun sözlərinə görə bu gün öz müstəqil dövlətini qura bilməyən xalqlar var. Azərbaycan bu mənada xoşbəxt ölkədir:"Biz dövlətimizin dayaqlarına zərbələr endirilməsinə imkan verə bilmərik. Bu dayaqlardan biri və əsası milli-mənəvi dəyərlərdir. Dəyərlərimizi qorumaq əsasən gənclərin üzərinə düşür. Biz belə layihələrlə gənclərimizin vətənpərvərlik ruhunun gücləndirməli, müstəqil ölkəmizi qorumalı, milli dəyərlərə yönələn təhdidlərin qarşısına çıxmalıyıq. Niyaməddin Orduxanlının rəhbərlik etdiyi QHT nin bununla bağlı apardığı işi çox təqdir edirik."
MDHP sədri, millət vəkili Fərəc Quliyev sosial şəbəkələrdə dövlət maraqlarının müdafiəsi istiqamətində aparılan işləri vacib olduğunu bildirib: “Hər bir vətəndaşımızın dövlət maraqlarımızın qorunmasında fəaliyyətini yüksık qiymətləndiririk. Niyaməddin Orduxanlı kimi gənc siyasətçilərin bu cür işlərini təqdir edirik və hər cür dəstək verməliyik, yanlarında olmalıyıq ki, dövlətimizin maraqları qorunsun. Qısa müddət ərzində 400 min şəxsə məlumatın çatdırılması önəmli hadisədir."
Tanınmış QHT sədri Novella Cəfəroğlu, xaricdə yaşayan soydaşlarımızın hamısının söyüş söymədiyini bildirib:” Xaricə əvvəldən gedən şəxslər söyüş söymürlər. Bizim 1 milyon qaçqınımız var. İnsana vətənpərvərlik daxildən gəlməlidir. Xaricdə fəaliyyət göstərən səfirliklərimizin fəaliyyəti ürəkaçan deyil. Bu yönümdə işləri artırırmaq lazımdır. Dövlət maraqlarımızı qorumaq hər kəsin ündə borcudur. Və hər birimiz bu istiqamətdə işlər aparlmalıq. Söyüşə əl atanlara da imkan verməliyik ki, bu cür işlərlə məşğul olsunlar.
Yeni Azərbaycan Partiyasının Beynəlxalq Əlaqələr Komissiyasının katibi, millət vəkili Elman Nəsirov dövlətimizin əleyhinə Avropada yaşayan bəzi xəstə şəxslərlə işlər aparıldığını bildirib: " Azərbaycan dövlətinin əleyhinə olan qüvvələr Avropada yaşayan bəzi xəstə adamlar əla alırlar. Bu adamlar normal adamlar deyillər, şizofrenikdilər. Belə adamlarla danışıq aparmağın heç bir mənası yoxdur. Biz sosial şəbəklərdə bu cür təbliğatı qurmalıyıq. Vətənpərvərlik və dövlət maraqlarımızın müdafiəsində yaxından iştirak etməliyik. Sizin QHT bu cür fəaliyyətini təqdir edirik."
QHT sədri Tənzilə Rüstəməxanlı Azərbaycan cəmiyyətinin bütün nümayəndələrinin birgə fəaliyyətinin vacib olduğunu bildirib:" Millət vəkili Elman Nəsirov düz deyir. Bu adamlar xəstədir. Belə adamların vasitəsi ilə ölkəmizə hücum edirlər. Biz hər yerdə öz dövlətimizin maraqlarını müdafiə etməliyik. Qardaş Türkiyədə işlər aprmalıyıq. Avropda olan səfirliklərimizin fəaliyyəti qənaətbəxs deyil.
Tədbirə qatılan Qarabağ Əlil Döyüşçüləri Futbol Fedrasiyasının prezidenti Rövşən Quliyev dövlət maraqlarımızın qorunmasında hər birimizin iştirakının vacib olduğunu bildirib:" Biz də bu istiqamətdə işlər aparırırıq. Qarabağ Əlil Döyüşçüləri Futbol Fedrasiyası xarici ölkələrdə dövlətimizi təbliğ edirik. Xaricdə fəaliyyət göstərən səfirliklərimizin fəaliyyəti ilə bağlı deyilənlərlə razı deyilik. Bizi çox yüksək səviyyədə qarşılayırlar. Bu yaxınlarda Ukraynaya səfər etmişdik. Çox yüksək səviyədə qarşılandıq."
Daha sonra ölkənin tanınmış QHT sədrləri, Arzuman Abdulkərimov, Nəzakət Məmmədova, Ceyhun Musaoğlu, Ülkər Abdullayeva, Səadət Bənəniyarlı, Azər Həsrət, Cəsarət Hüseynzadə, Vüsalə Hüseynli və ehtiyatda olan polkovnik leytinant, Qarabağ qazisi Elmar Hüseyn və digər şəxslər çıxış ediblər.
-
Mistika19:24
Ərə getmək istəyən qadın falçıya yazdı, 22 mini getdi: "Mənimlə evlənəcəksən"
-
Magazin118:36
“DNT testi verib sübut edəcəyəm ki, uşağın atası mənəm” - FOTO
-
İdman18:24
Soyuqdan qorxan futbolçu görün hansı üsula əl atdı
-
Rəsmi xronika17:48
İlham Əliyev fərman imzaladı
-
MDB17:20
Putin Qazaxıstanda bu məsələni qaldıracaq: əgər hücum olarsa...
-
Rəsmi xronika16:10
Prezident onları təltif etdi
-
Rəsmi xronika15:30
İlham Əliyev onlara yüksək vəzifə verdi
-
Sosial14:55
Müdafiə Nazirliyində xidməti müşavirə keçirildi