Sosial
Nazirlik Qarabağ qazisinin iddialarına CAVAB VERDİ
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Qarabağ qazisinin iddialarına cavab verib.
Publika.az xəbər verir ki, nazirliyin mətbuat katibi Fazil Talıbov qazilərin mənzillə təminatı növbəlilik prinsipi əsasında həyata keçirilir: "Şikayətçilərin mənzillə təmin olunmamaları barədə bildiririk ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 iyun tarixli 569 nömrəli Sərəncamında yaşayış sahəsinə ehtiyacı olan qismində 01.01.2014-cü il tarixədək uçota alınmış bu kateqoriyadan olan şəxslərin 2014-2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən müharibə əlillərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məsələsi növbəlilik qaydasında tənzimlənir.
Yazıda sözügedən sığorta şirkətinin hesabına köçürülən 50% müavinət məbləği Azərbaycan Respublikasının “İcra haqqında” Qanununa əsasən tənzimlənir. Bu qanunun 65.1-ci maddəsinə əsasən icra sənədi icra edilərkən borclunun əmək haqqından və ona bərabər sayılan digər gəlirlərindən tutulmaların məbləği 50%-dən çox ola bilməz.
Qarabağ müharibəsi əlillərinin xaricdə müalicəyə göndərilməməsi ilə bağlı bildiririk ki, Səhiyyə Nazirliyinin “Vətəndaşların respublikadan kənar müalicəyə göndərilməsi məsələləri üzrə Komissiyası”nın rəyi əsasında vətəndaşların müalicəyə göndərilməsinə köməklik məqsədilə nazirliyin müvafiq komissiyasının qərarı ilə yol xərcinin ödənilməsi üçün vəsait ayrılmasına baxıla bilər".
-
Ekologiya12:51Leysan yağacaq, şimşək çaxacaq - Sabahın hava proqnozu
-
Nida Xəbər 12:32Azərbaycan Prezidenti: Ermənistanın etirafına görə, onların ordusunda 12 minə yaxın fərari oldu
-
Nida Xəbər 12:26Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - Video(Yeniləndi)
-
Nida Xəbər 12:23Prezident: Biz qurub-yaradan xalqıq!
-
Nida Xəbər 11:45Zəfərdən Böyük Qayıdışa: Qarabağda həyat yenidən canlanır
-
Səhiyyə11:27Vətən müharibəsi iştirakçılarına 879 min 232 ambulator xidmət göstərilib
-
Müsahibə10:33Zəfərdən sonra Azərbaycanın qarşısında açılan yeni imkanlar: Qarabağın aqrar potensialı...
-
Region10:25Türkiyə XİN Azərbaycanı təbrik etdi

































.jpg)

