Sosial
“İmam Hüseyn davamçıları Qarabağ şəhidləridir”
Bakıda "Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin təşkilatçılığı ilə "Qarabağın işğaldan azad olunmasında İmam Hüseyn məktəbinin rolu” adlı növbəti tədbir keçirilib.
Birlikdən Publika.az-a verilən məlumata görə, tədbirdə ilk olaraq “Qazi Qarabağ” azanı səsləndirilib.
Daha sonra Kərbəla şəhidləri və Qarabağ uğrunda döyüşlərdə şəhid olanların əziz ruhuna müqəddəs Qurani-Kərimdən ayələr oxunub. Tədbirdə çıxış edən "Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin sədri Sevinc Əzimbəyli bildirib ki, Azərbaycanda İmam Hüseyn məktəbinin ən layiqli davamçıları Qarabağ şəhidləridir. Onun sözlərinə görə, Əhli-Beyt məktəbi aşiqlərinin Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunmasında misilsiz xidmətləri var:
"Elə bu səbəbdən Aşura mərasimi xalqımızın mənəvi dəyərinə çevrilib. Əsrlərdir ki, İmam Hüseyn şəhadətinin fəlsəfəsini anlayan Azərbaycan xalqı bu şəhidlik məktəbindən dərs alaraq vətənin müdafiəsində canlarını fəda ediblər. Bunun əsl nümunəsini dogma Qarabağımızın azadlığı uğrunda canını fəda edən vətənpərvər oğullarımızın şücaətində görmək olar”.
S.Əzimbəyli silsilə tədbirlərin keçirilməsində verdiyi dəstəyə görə "Cənnət” MMC-nin rəhbərlyinə öz təşəkkürünü bildirib. Tədbirdə şəhid və qazi ailələri də iştirak edib.
Sonda Kərbəla və Qarabağ şəhidləri adına ehsan süfrəsi açılıb.
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi










.jpg)
























.jpg)


