Sosial
Bakıda insanları heyrətə gətirən nəhəng qurğu nədir? - ORTAYA ÇIXDI/RƏSMİ (FOTO)
SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiya layihəsi çərçivəsində zavoda yüksək təzyiq altında (45 -50 Bar) işləyən 11 ədəd LPG (maye qaz) çənləri (biletləri) gətirilir.
Bu barədə SOCAR-ın İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi İbrahim Əhmədov BAKU.WS-ə məlumat verib.
Onun sözlərinə görə, İtaliya/Rumıniya istehsalı olan bulletlərin çəkisi 300 tondan çoxdur, uzunluğu 30-60 metr arasında dəyişir.
LPG bulletlərin beşi Azərbaycana çatıb, biri artıq NEZ istiqamətində aparılır.
Sabah səhər saatlarında birinci Bulletin NEZ ərazisinə gəlməsi gözlənilir.
Qeyd edək ki, NEZ-in modernizasiyası ölkə daxilində AVRO-5 keyfiyyət standartına uyğun olan yanacağın istehsalını təmin etməyə və istehsalın illik həcmini artırmağa imkan yaradacaqdır.
Modernizasiya işləri davamlı istehsalat prosesləri ilə eyni zamanda, başqa sözlə, istehsalat prosesləri dayandırılmadan aparılır.
Belə ki, zavod il ərzində tam gücü ilə işləyir və eyni zamanda qurğuların yenilənməsi və yeni qurğularda tikinti işləri həyata keçirilir.
Buna görə də modernizasiya layihəsi öz mürəkkəbliyi ilə seçilir.

Qeyd etmək lazımdır ki, layihə çərçivəsində bəzi işlərin yalnız zavodda qurğuların dayandığı müddətdə görülməsi mümkündür.
SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodu regionun yeganə neftayırma kompleksidir və Azərbaycanın yanacağa olan tələbatının əsas hissəsini təmin edir.
Zavodda 15 adda neft məhsulu, o cümlədən avtomobil benzini, təyyarə yanacağı, dizel yanacağı, mazut, neft koksu və s. istehsal olunur. Hazırda Heydər Əliyev adına Neft Emalı Zavodunda yenidənqurma və modernizasiya layihəsinin 2-ci və 3-cü mərhələləri həyata keçirilir.
Layihə çərçivəsində artıq 2021-2022-ci illərdə Azərbaycanda AVRO-5 standartına cavab verən dizel və benzin yanacağının istehsal olunması nəzərdə tutulur.

2024-2025-ci illərdə isə istehsalat həcminin 7,5 milyon tona qədər artırılması istiqamətində aparılan işlərin də başa çatdırılması planlaşdırılmışdır.
Qeyd edək ki, sözügedən qurğu sosial şəbəkələrdə yayılıb. Həmin görüntülər çoxsaylı marağa səbəb olub.
-
Dünya13:18Aral gölü necə məhv edildi? - Ekoloji fəlakətə səbəb olan şok faktlar
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO











.jpg)



.jpg)




















.jpg)


