Sosial
Bütün rayonların su pasportları hazırlanır - "Azərsu" sədri HESABAT VERDİ
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında mətbuat konfransı keçirib.
Publika.az xəbər verir ki, Q.Hüseynov əvvəlcə bu ilin ötən dövründə görülən işlər barədə məlumat verib.
O qeyd edib ki, dövlətin siyasətində su sektoruna ciddi diqqət yetirilir. Bu istiqamətdə regionların sosial-iqtisadi inkişaf proqramları qəbul olunub: “Həmin proqramlarda su sektoru mühüm yer tutur. İndiyədək 50-yə yaxın rayonda işlər başlanılıb. Onlardan 30-dan çoxunda işlər başa çatıb. Su-kanalizasiya infrastrukturu qurulur. Suyun keyfiyyəti məsələsi xüsusi əhəmiyyət kəsb edir. Bir neçə rayonda tullantı sutəmizləyici qurğuların tikintisi həyata keçirilib. 11 rayonda su layihəsi başa çatıb, kanalizasiya layihələri icradadır.
.jpg)
Gəncə, Şəki, Şəmkir, Qax, Mingəçevir şəhərində işlər davam edir. Oktyabrın 28-də Prezident Ağdaşda su layihəsinin açılışında iştirak etdi. Yevlax, Horadizdə işlər başlanılıb. Gələn il Bərdə, Balakən və Neftçalada da işlər başlanacaq. Xaçmaz, Xızı, Qobustan, Beyləqan, Ağcabədi, Ağdaş rayonlarında sutəmizləyici qurğuların inşası başa çatdırılıb”.
Q.Hüseynov qeyd edib ki, son vaxtlar yağıntıların az olması ilə bağlı bir sıra çətinliklər müşahidə ediblər. Ona görə də bəzi rayonlarda alternativ mənbələrin yaradılmasını başa çatdırıblar.
Suyun keyfiyyət parametrləri barədə danışan ASC sədri qeyd edib ki, Qobustan və Ağstafada suyun codluq parametrləri çox yüksək idi.
.jpg)
Respublikanın kəndlərində də layihələr həyata keçirdiklərini bildirən Q.Hüseynov bu il 7 rayonun 18 kəndində 30 min insanın su ilə təminatının yaxşılaşdırıldığını bildirib: “Artıq 1045 kənddə suyun təmizlənməsi 485 modul tipli qurğular vasitəsilə həyata keçirilir. Modul tipli qurğuların su emalı nəticəsində 690 min əhali bundan faydalanır. Alternativ su mənbələri olmayan kəndlərdə əhali bu qurğularla içməli su əldə edir”.
Q.Hüseynov qeyd edib ki, “Azərsu” ASC regional laboratoriyalar yaradıb: “İlk mərhələdə bizim əsas hədəfimiz “Azərsu”nun xidmət dairələrində olan bölgələrdəki su mənbələrini nəzarətə götürmək idi. Həqiqətən regionlarda çox böyük işlər görülüb. Biz bütün rayonların "su pasportu"nu hazırlayırıq. Burada hər bir rayonun suyun təchizatı, mənbələri kimi məsələlər öz əksini tapıb. Bəzi kəndlər var ki, orada su təchizatı ilə bağlı problemlər var. Bir sözlə, regionlarda vətəndaşların su təchizatı ilə bağlı məsələlər diqqətdə saxlanılır. Bu işin həyata keçirilməsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumatlardan istifadə edirik”.
Səxavət
-
Magazin122:36Alim Qasımovla yeni qohum olan kürəkən iş axtarır - Video
-
İdman20:36Ronaldo bu gün məşqə də çıxmadı - Nə baş verir?
-
Magazin120:24Tatlıses Günelə mirasından pay verib?
-
Sosial19:48Qalib Salahzadənin dəniz kənarındakı obyektləri sökülür
-
Elm və təhsil19:00Nazir bu xanıma yüksək vəzifə verdi - FOTO
-
Nida Xəbər 16:16Azərbaycan vasitəsilə benzin idxalı qiymətlərə təsir edəcək - Ermənistan ümidlidir
-
Dünya14:52Epşteyn Putinlə də görüşmək istəyib? - Kremldən rəsmi açıqlama
-
Sosial13:50Azərbaycanda məşhur şirkət işçisinə pul ödəmədi - 1,8 milyonluq kapitala həbs qoyuldu









.jpg)












.jpg)

.jpg)












